Valideyinləri narkotik aludəçisi olan azyaşlı müayinə olunub

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyinləri narkotik vasitə aludəçisi olan azyaşlı ilə bağlı məlumat yayıb.
Bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.
O bildirib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub.
Qeyd edək ki,azyaşlının valideyinləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib.Narkotik aludəçisi olan valideyinlər isə müayinə üçün Narkoloji Disponserə göndərilib.
Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}