COVID-19-un insanın xarici görünüşünü dəyişdirən nəticəsi açıqlanıb

Koronavirus keçirmək keçəlliyə səbəb ola bilər. Bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Tatyana Rujentsova xəbərdarlıq edib.
“COVID-19 adətən qan laxtalanmasının artması, qan dövranı pozğunluqları və endokrin disfunksiya ilə müşayiət olunur. Bu keçəlliyə səbəb ola bilər”, - deyə mütəxəssi izah edib.
O, əlavə edib ki, insanın müxtəlif orqan və sistemlərinə təsir edən koronavirusun ağır forması ilə uzun sağalma dövrü tələb olunur.
“Bununla belə, xəstəlik yüngül keçirilsə belə postkovid sindromu inkişaf edə bilər”, - deyə həkim əlavə edib.
“Ümumiyyətlə, bir qayda olaraq, xəstəlik nə qədər ağır keçərsə, postkovid sindromun simptomları bir o qədər uzanır və daha aydın görünür”, - deyə Rujentsova sözlərini yekunlaşdırıb.


Oxşar Xəbərlər

Xəbər lenti