Məhkəmə qərar verdi: Şəbnəmin şəkilləri saytlardan silinəcək!

Müğənni Şəbnəm Tovuzlu haqqında yayılan xəbərlərə görə media qurumlarını məhkəməyə verib.
Sozcu.info  xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkə hesabında məlumat verib. 
Onun keçmiş sevgilisi olduğu iddia edilən şəxslə birgə yayımlanan görüntülərinin sildirildiyi bildirilib:
"Bütün jurnalistlər, media və televiziya əməkdaşları mənim dostumdur. Bu gün bir çox xəbər portallarına, saytlara məhkəmə qərarı ilə bağlı məktub gedib. Dörd il öncə həqiqəti əks etdirməyən, ailəmə mənfi təsir göstərən xəbərlər, fotolar yayıldı. Halbuki, heç biri doğru deyildi. Həmin məlumat və fotoların silinməsi üçün məhkəməyə müraciət etdim, sonuncu məhkəmə 25 noyabrda baş tutdu. Qərar verildi ki, həmin xəbərlər, fotolar saytların arxivindən silinsin.
Əziz media nümayəndələri, sizə gələn məktub da bununla bağlıdır. Məhkəmənin qərarına əməl edib həmin məlumatları arxivinizdən silin. Hamınız mənim üçün dəyərlisiniz". 


Oxşar Xəbərlər

Xəbər lenti