Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından Sozcu.info-un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:
"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".
Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.


Oxşar Xəbərlər

Xəbər lenti