Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi, 13 nəfər öldü

Azərbaycanda son sutkada koronavirusa 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 636 956 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib, aktiv xəstə sayı 10 533 nəfərdir.
Ölkədə son sutka ərzində 11 525, hazırkı dövrədək isə 6 081 949 test aparılıb.


Oxşar Xəbərlər

Xəbər lenti