Azərbaycanda koronavirusla bağlı qorxulu statistika - 19 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib, aktiv xəstə sayı 17 204 nəfərdir.


Oxşar Xəbərlər

Xəbər lenti