Əhalini sevindirəcək XƏBƏR - Həm manatın məzənnəsi, həm də əməkhaqqı...

Yaxın keçmişdə az qala su qiymətinə satılan neftin dəyəri son günlər 90 dolları ötüb. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, buna görə də əsas sərvətimizin dünya bazarındakı qiyməti bizi birbaşa maraqlandıran amildir.
Sozcu.info xəbər verir ki, hər nə qədər qeyri-neft sahəsini inkişaf etdirməyə çalışsaq da, dövlət büdcəmiz əsasən neftin hesabına dolur. “Qara qızıl”ın dəyərinin artması gəlirlərimizin çoxalması, ilk növbədə isə milli valyutamızın möhkəmlənməsi deməkdir. Amma mənfi cəhətləri də var.
İqtisadçı Xalid Kazımlı bildirib ki, neftin qiymətlərinin yüksək olması məzənnə üzərində təzyiqi aradan qaldırır: "Neftin bahalaşması manatın dollara nisbətdə ucuzlaşmasının qarşısını ala biləcək addımlar atmağa imkan yaradacaq. İlin ikinci yarısında qiymət səviyyəsi bir daha nəzərdən keçirilərsə, vətəndaşları daha çox maraqlandıran minimum əməkhaqqına da yenidən baxmaq imkanı yaranacaq. Həmçinin bir sıra əlavə sosial layihələrin həyata keçirilməsi mümkün olacaq".


Oxşar Xəbərlər

Xəbər lenti