Azərbaycanda daha 6 841 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib. 50 031 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, bu günə qədər isə ümumilikdə 6 390 225 test icra olunub.


Oxşar Xəbərlər

Xəbər lenti