Gürcü analitik: “Gürcüstan türk qardaşların ağuşundadır” – Təhlil

Gürcü analitik: “Gürcüstan türk qardaşların ağuşundadır” –

 

Gürcüstan Qafqazın geopolitik "şahmat taxtası” oyununda öz siyasi mövqelərini yetərincə dəqiq şəkildə müəyyən edib. Rusiya Federasiyası ilə kəsklin qarşıdurma və Ermənistanla nəzakətli münasibət fonunda Gürcüstanın Türkiyə və Azərbaycanla, sadəcə, dostluq deyil, sözün birbaşa mənasında müttəfiqlik münasibətləri var. Məlum olduğu kimi, bu iki ölkə etnik baxımdan ümumi cəhətlərini nümayişkaranə şəkildə vurğulayır və "bir millət – iki dövlət
” şüarına rəsmi status verir. Əslində, tanınmamış Şimali Kipr Türk Respubikası (ŞKTR) ilə birlikdə bir deyil, üç dövlətdir. Bununla belə, Azərbaycan-Türkiyə-Kipr "vahid xalqı” digər xalqların iki dövlətə malik olmaq haqqından qəti şəkildə imtina edir. Lakin hələlik Ermənistan və erməniləri bir kənara qoyaq.

Bir müdrik kitabdan məlum olduğu kimi, Söz də işdir. Bir xalq iki dövlətə bölünübsə, onda onun birləşmək cəhdi məntiqli və tamamilə qanunauyğundur. Düzdür, bu zaman sual yarana bilər: öz coğrafi durumu üzündən bu prosesə mane olan dövlət və xalqların başına nələr gələcək?

Son minilliyin hadisələrinin təhlili birmənalı qənaətə gəlmək imkanı verir. Bu cür məsələlər bir qayda olaraq müharibə ilə həll olunur. Onun nəticəsindən asılı olaraq birləşmə ya baş verir, ya da yox, lakin mütləq qan axıdılır. Rəcəb Ərdoğanın başçılığı ilə indiki Türkiyə rəhbərliyi I dünya savaşı bitdikdən və Osmanlı imperiyası çökdükdən sonra ilk dəfə keçmiş qüdrətin qaytarılması iddiasını rəsmən elan edib. Bu, qərbdən Türkiyə, şərqdən isə Azərbaycanın arasında sıxışmış Gürcüstan üçün nəyə dönüşə bilər? Bununla bərabər, bu faktı da hesabdan silmək olmaz ki, Türkiyə və Azərbaycanın iqtisadi potensialı Gürcüstanınkını bir neçə tərtib üstələyir.

Mixail Saakaşavilinin başçılığı ilə "Vahid Milli Hərəkat” (VMH) doqquzillik idarəçilik dövründə öz müttəfiqlərinə ən əlverişli şərait rejimi yaratmaqdan ötrü əlindən gələni etdi. Bütün bunlar Rusiya Federasiyasından asılılıqla mübarizə dəyənəyi altında edilib. Və bu gün hakim "Gürcü arzusu” patrtiyasının Rusiya ilə iqtisadi münasibətləri qaydaya salmaqda istənilən cəhdi artıq müxalifət olmuş VMH-da isterik eyş-işrət doğurur: cinayətkar rejimin funksionerləri parlamentdə, KİV-də və yaxud küçələrdə ağızları köpüklənə-köpüklənə, hay-küylə dəhşətli rus təhlükəsi haqda bağırtı qoparırlar.

Bu arada, ayıq düşünən siyasətçilərin açlıqlamasına görə, Gürcüstanın Azərbaycandan enerji asılılığı artıq 90%-i keçir. Türkiyə və Azərbaycan kapitalı Gürcüstan iqtisadiyyatında artıq o qədər ciddi mövqe tutur ki, hansısa təsəvvürlər üzündən Azərbaycanı qane etməyən iqtisadi layihələrdə Gürcüstanın iştirakını istisna etmək üçün Bakıdan bir çımxırtı kifayətdir. Misal kimi Ermənistanla Rusiya arasında dəmiryol xəttini bərpa etmək cəhdini yada salmaq olar.

Bunu da unutmaq olmaz ki, münasibətlərdə xeyli dərin axınlar və sualtı daşlar var.

Stalin və Beriya müharibə illərində məhsəti türklərini Gürcüstandan sürgün ediblər. Bu hadisə ilə bağlı problemlər Gürcüstanda indiyədək həllini tapmayıb. Lakin bu gec partlayan mina mövcuddur və bu cür kartı oynamaq Türkiyənin xüsusən də indiki rəhbərliyi üçün böyük çətinlik yaratmır.

Digər ciddi problem sovet Rusiyası ilə kamalçı Türkiyə arasındakı saziş sayəsində Gürcüstanın tərkibinə daxil olmuş Acarıstanla bağlıdır. Bu iki ölkə Acarıstan muxtariyyətinin bu gün də hüquqi zaminidir. Bura Gürcüstan üçün müsəlman əhalinin çoxluq təşkil etdiyi yeganə bölgəydi. Bu gün Türkiyə kapitalının oradakı mövqeyi üstünlüyə yaxındır. İstənilən uşaq başa düşür ki, iqtisadi ağalıq siyasi ağalığa ilk addımdır.

Azərbaycanın Gürcüstan bazarında, demək olar, monopoliya ağalığına yaxın olan dövlət neft şirkəti SOKAR Gürcüstanın Azərbaycan mənşəli vətəndaşlarına münasibətdə səxavətli xeyriyyə fəaliyyəti göstərir. Mühacirət və demoqrafik artım prosesləri nəticəsində azərbaycanlılar sayca digər etrnik azlıqlar içində inamla birinci yerə çıxıblar. SOKAR etnik azərbaycanlıların sıx şəkildə yaşadığı Kvemo-Kartli bölgəsinə (Azəbaycanın tarixi ərazisi Borçalı mahalı nəzərdə tutulur-tərc.) xüsusi diqqət ayırır. Bura yüz kilometrlərlə qaz kəməri çəkilir və 30 mindən çox abonent qazla təchiz olunur. Bircə məqama göz yumulsa, əlbəttə, bütün bunları yalnız alqışlamaq olardı. Kvemo-Kartli bölgəsinin (Borçalının-tərc.) saysız-hesabsız QHT-lərində artıq uzun illərdir ki, separatçı tendensiyalar gözə dəyir. Deməli, məsələn, Kvemo-Kartlinin (Borçalının-tərc.) azərbaycanlı əhalisinə nisbətdə "diaspora” termininin işlədilməsi qeyri-məqbul sayılır, çünki onlar bu bölgənin köklü aborigen sakinləridir və artıq onun tarixi "Borçalı” adını qaytarmağın çoxdan vaxtıdır. Bu, inkarı mənasız faktlardır.

SOKAR etnik azərbaycanlıların  təhsil prosesini səxavətlə maliyyələşdirir, Türkiyə hökuməti isə Türkiyə ali məktəblərində pulsuz təhsil üçün xeyli yer ayırır.

Dünyanın bir çox ölkələrinə yayılmış və Ərdoğan siyasi mühaciri dövlət çevrilişinə cəhddə ittiham etdikdən sonra Gülən məktəbləri ilə bağlı başlanmış qalmaqal hamının yadındadır.  

Axı bundan o illər öncə də bu təhsil müəssisələri sistemi, sadəcə, Türkiyəninki sayılırdı və heç kim bunda heç bir təhlükə görmürdü. Deməli, tarixi Vətəndə təhsil almış gənc uşaqlar Gürcüstana kim kimi dönəcəklər?

Bu fakta da göz yummaq olar ki, adıbəlli, dünyada hamının terrorçu təkilat saydığı İŞİD-in sıralarında Gürcüstan vətəndaşları getdikcə daha da çoxalır. Özü də bunlar ilk dövrlərdə Əhməd rayonundan kistinlər (Gürcüstanda yaşayan etnik çeçenlər) olurdusa, indi artıq Acarıstandann və digər bölgələrdən cihadın beynəlmiləl könüllüləri gedirlər.

Gürcüstan siyasi elitasını adamların bəlli faktı inadla görmədiyi korluq, dəqiq arqumentləri eşitmədiyi karlıq və ilk iki faktdan qaynaqlanan və bu xüsusda, heç olmasa, səs çıxartmağa imkan verməyən lallıq heyrətə gətirir.

İrakli Çxeidze

EADaily.com, 13.09.2016



Oxşar Xəbərlər

Xəbər lenti