10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ulu Öndərdən başlayan zəfər yolumuz.
2020-ci ilin 27 sentyabrndan 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatdı, ölkəmizin ərazi bütövlülüyü bərpa edildi! Bu böyük tarixi qələbə ilk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin möhkəm iradəsi və şücaəti ilə qazanıldı. Artıq bütün dünya Azərbaycanın hərbi qüdrətinə şahid oldu. Ölkəmiz artıq müasir hərb sənətinə öz şərəfli imzasını atmış qalib ölkədir!
Bu gün bizi o möhtəşəm qələbədən bir il zaman ayırır. Dönüb geriyə baxdıqda qürurla daima yad edəcəyimiz tarixi zəfərimizin hər bir anı, hər bir günü gözümüz önündə canlanır. Biz Azərbaycan xalqı olaraq o günü otuz ildi ki, gözləyirdik. Bəli mən sizə bu otuz ildə başımıza gələnləri xatırlatmaq istərdim...:
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Bakıya qoşun yeritdi. Günahsız insanlar qanına qətlan edildi. Bütün dünya susdu. Tək O, susmadı. Heydər Əliyev! Xəstə yatağından qalxıb Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Mətbuat nümayəndələri ilə görüşdü, Azərbaycanda baş verənləri dünya ictimaətinə çatdırdı.
1990-cı ildə baş vermiş 20 yanvar hadisələri və Azərbaycanda hökm sürən xaos və anarxiyanın yaranması tarixi zərurət yaratdı ki, Heydər Əliyev Moskvadan Azərbaycana gəlsin və Azərbaycanın haqq səsini başda SSRİ olmaqla bütün dünyaya çatdırsın. Baxmayaraq ki, onun Bakıya gəlməsini istəməyən qüvvələrin süni maneəsi nəticəsində təyyarə onu Naxçıvana gətirdi. Heydər Əliyev Naxçıvanda ikən geniş fəaliyyətə başladı.
1991-ci ilin sentyabr ayının 3-də Naxçıvan MR Ali Məclisinin sesiyası Heydər Əlirza oğlu Əliyevi Naxçıvan MR Ali Məclisinə sədr seçdi. Belə bir məqamda Heydər Əliyevin Naxçıvanda olması taleyin bu torpağa bəxş etdiyi ən böyük xoşbəxtlik idi. 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında fərman imzalandı. 1992-ci ilin avqustun 18-də Sovet Ordusunun 75-ci diviziyası Naxçıvandan yola salınır. Onların Naxçıvandan çıxması Heydər Əliyev tərəfindən məharətlə planlaşdırılır. Nəticədə diviziya komandiri Slabaşeviç zirehli texnikanı, silah-sursatları Naxçıvanda qoyub getmişdir.
1992-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Sədərək qəsəbəsində çox gərgin vəziyyət yaranmışdı. 2002-ci ilin avqust ayında Naxçıvan MR Sədərək rayonun Heydərəbad qəsəbəsinə gələn Heydər Əliyev o ağır günləri belə xatırlamışdı:
“...1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq Türkiyədən nə qədər müxbir o körpüdən keçib Naxçıvana, həmin döyüş yerinə gəldi. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığırdıq. Amma o döyüşdə sədərəklilər, yəni naxçıvanlılar – təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm,- hamı bir yerdə döyüşürdü, onları susdurduq”.
1993-cü ildə Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilir. Hakimiyyətə gəldiyi ilk gündən müdafiə və ordu quruculuğu ilə məşğul olmağa başladı. Vəziyyət olduqca ağır idi. Laçın və Kəlbəcərdən sonra Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan (avqust 1993) rayonları da işğal edilmişdi. Respublika nəhəng qaçqın düşərgəsinə çevrilmişdi. Həmin dövrdə Heydər Əliyev mərkəzi televiziya və radio ilə xalqa müraciət etdi. Cəbhədəki ağır vəziyyətdən açıq danışdı və faktları sadaladı. 16 min nəfər həlak olmuş, 22 min nəfər yaralanmış, 1 milyona yaxın qaçqın vəziyyətinə düşmüşdü. Xalqa müraciətində cəbhədəki məğlubiyyətin səbəblərini ətraflı müzakirə etdikdən sonra deyirdi: “Bu gün bizim əsas vəzifələrimizdən biri adamları ayağa qaldırmaq, milli-vətənpərvərlik hissini yüksəltməkdir. Bu gün hamı Vətənin müdafiəsinə qalxmalıdır. Mən hamınızı buna çağırıram”.
Heydər Əliyev Ali Baş Komandan kimi orduda və Müdafiə Nazirliyindəki vəziyyəti diqqətlə və bütün dəqiqliyi ilə nəzarətdə saxlayırdı.
90-cı illərin əvvəlində, nə vaxtsa Bakı ali hərbi məktəbini, SSRİ-nin digər hərbi təhsil ocaqlarını bitirmiş vətənpərvər ruhlu hərbiçilər Rusiyadan Azərbaycana qayıdırdılar. Heydər Əliyevin ilk növbədə C.Naxçıvanski adına hərbi məktəbin yaradılmasındakı (1973) xüsusi xidmətlərini qeyd etmək lazımdır. Sovet dövründə bu məktəbin bir sıra məzunlarının ali hərbi məktəblərə imtahansız qəbul olunmasına nail olunmuşdu.
1994-cü il may ayının 12-də atəşkəs haqqında saziş imzalandı. Ölkənin iqtisadiyyatını dirçəltməklə dövlətin müdafiə qüdrətinin gücləndirilməsi üçün bu bizə lazım idi. Qısa müddətdə ordu quruculuğunun hüquqi bazası yaradıldı, “Müdafiə haqqında”, “Hərbi vəziyyət haqqında”, “Sərhəd qoşunları haqqında”, “Daxili Qoşunların statusu haqqında” qanunlara əlavə dəyişikliklər edildi.
1994-cü ildə atəşkəs elan olunması bizim Silahlı Qüvvələrimizə beynəlxalq tədbirlərdə iştirak etməyə imkan yaratdı. Həmin ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Daha sonra Şimali Atlantika Alyansı ilə sıx əməkdaşlığın əsasını qoydu. 1997-ci ildə Azərbaycan hərbi-qulluqçularının sülhməramlı taboru və daha sonra taqımı yaradıldı. Unutmaq olmaz ki, 1999-cu ilin sentyabrından başlayaraq Azərbaycan hərbi qulluqçuları Kosovada, Əfqanıstanda və İraqda sülhməramlı fəaliyyəti həyata keçiriblər.
Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə 1993-2003-cü illərdə Azərbaycanda ölkənin Silahlı Qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələrinin sayı xeyli artmışdır. Hərbi Akademiya, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Müdafiə Nazirliyinin Tədris-Təhsil Mərkəzi, Ali Hərbi Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik Məktəbi, Orta Hərbi Tibb Məktəbi, C.Naxçıvanski ABŞ, Türkiyə, Almaniya, Rusiya, Pakistan, Ruminiya, Çin, Gürcüstan, Ukrayna, Litva və digər ölkələrlə bağlanmış ikitərəfli müqavilələrə əsasən bu dövlətlərin ali-hərbi məktəblərində də Azərbaycan Hərbi Qüvvələri üçün kadrlar hazırlanmış və hazırlıq bu gün də davam edir.
Heydər Əliyev son çıxışlarından birində deyirdi “Mən ümidvaram ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad dilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik”.
Ruhun şad olsun Ulu Öndər! Sənin son vəsiyyətini yerinə yetirdik. Müzəffər Azərbaycan ordusu, Ali Baş Komandan, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev bu missiyanı uğurla başa çatdırdı. Sənin bizlərə əmanət etdiyin Müstəqil Azərbaycanın sükanı etibarlı əllərdədir! Müxtəlif dövlətlərin təzyiqlərinə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən gəldi. Biz bu qələbəni döyüş meydanında şəhidlər verərək qazandıq.
Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı azad etdik.
Qələbəmizin əldə olunmasında güclü iqtisadiyyatımızla yanaşı milli birliyimiz, həmrəyliyimiz, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bir yumruq kimi birləşərək qələbəmizə dəstək oldular. Böyük qələbəyə aparan yolda dost və qardaş ölkələrin münasibətlərini və dəstəyini ayrıca qeyd etmək lazımdır.
Bu yönümdə aparılan uğurlu diplomatik münasibətlər “iki dövlət bir millət” ifadəsinin əzəmət və qüdrəti Azərbaycan həqiqətlərinin dünyaya real çatdırılmasında əməyi olan hər kəsə, hər kəsə təşəkkür etmək borcumuzdur. Bu qələbədən sonra Beynəlxalq aləmdə Azərbaycana münasibət köklü şəkildə dəyişdi.
Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı.
Qarabağ Azərbaycandır!
Zəkiyə Hacıyeva, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond müdiri
Oxşar Xəbərlər
Azərbaycan tarixi qələbə qazandı –
Ali Baş Komandan xalqımıza Zəfər sevincini yaşatdı
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz qarşısında duran vəzifələri məharətlə yerinə yetirdi
Hər şey Vətən üçün!
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…