Tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqları əsasında formalaşıb

Azərbaycan dövləti ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr XX və XXI əsrdə daha geniş şəkildə müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm dəhərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə dəCənubi Qafqazda sülh və təhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki ölkəarasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni milli-mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə vəbir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə dəbiri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isəkeyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Türkiyədə prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Azərbaycan –Türkiyəmünasibətlərində yeni imkanlar açılmasında mühüm rol  oynamışdır. Bu səfər zamanı 15 iyun 2021 –ci ildəimzalanan Şuşa Bəyannaməsinin perspektivləri xüsusən vurğulanmışdı. Cənab  İlham Əliyev qeyd etmişdir: ”Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsindəTürkiyə və Azərbaycan rəsmən müttəfiq oldular.Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Şuşa Bəyannaməsi iləAzərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan vəTürkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Rəsmi görüşlərdə, çıxışlarında Azərbaycan prezidenti İlham Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkənin silahlı qüvvələrinin inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi vurğulaması Azərbaycan vəTürkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir.
Gündəmin əsas məsələsi olan  Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatı və Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaradacaq.  Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Bəyanatda o da qeyd edildi ki, Zəngəzur dəhlizinin açılması qaçınılmazdır. Bu görüş zamanı yaxın aylarda Türkiyə-Azərbaycan birgəuniversitetinin yaradılması məsələsinin öz həllini tapacağı qeyd edildi.
Yuxarıda qeyd edilən məsələlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da toxunmuş və qeyd etmişdir ki,”Türkiyə və Azərbaycan iki qardaş ölkədir.”Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyəqədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.”
Mahru Rəcəbova

Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}