8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Millət vəkili Fəzail Ağamalı Əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib.
Bu barədə deputat OLAY-a açıqlama verib.
F.Ağamalı deyib ki, sözügedən videodan xəbərdar deyil və izləməyib:
"Həmin açıqlamaya gəlincə... Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir".
Millət vəkili aktyorun videoda 250 minlik "Bentley"dən danışmasından da söz açıb:
"Mənim 250 minlik maşınım yoxdur. "Toyota" markalı avtomobil sürürəm. O maşının qiyməti 250 min deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük".
Qeyd edək ki, T. İmanov deputatın "Gilas ala bilmirəm" açıqlamasını ələ salaraq video çəkib.