21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Şadlıq saraylarına sifarişlərin sayında azalma, qiymətində isə artım müşahidə olunur.
Restoran inzibatçıları deyib ki, hazırda qiymətlərdə çox az artım var. Lakin yeni sezonda menyuların qiymətində yenidən artım gözlənilir. Onlar buna səbəb kimi isə ərzaq məhsullarının qiymətini göstərirlər.
Restoranlar arasında köhnə qiymətlə fəaliyyət göstərənlər də var. Lakin onlar hesab edir ki, bahalaşma davam edərsə menyu qiymətlərini dəyişəcəklər.
Araşdırma zamanı məlum olub ki, 30-35 manata təklif edilən menyular indi 40 manatdan başlayır. İnzibatçılar qeyd edib ki, qiymət artımı ilə yanaşı cəmiyyətdə yaranan qapanma qorxusu da sifariş sayına təsir edib.
Qeyd edək ki, iqtisadi və sosial inkişaf mərkəzindən bildirilib ki, avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74 faiz azalıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən isə qiymətlərdə 9-11 faiz artım var. Sentyabrın sonuna doğru isə daha da yüksək qiymət artımları gözlənilir.
Musavat.com