Südabə Həsənovanın vaxtında vətəndaşlar Avropa Şurasına deyil, elə Sədrin özünə şikayət edərdilər

Südabə Həsənovanın vaxtında vətəndaşlar Avropa Şurasına deyil, elə Sədrin özünə şikayət edərdilər

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏLƏRİNİN YARANMASI VƏ TARİXİ


Mövzunun izahından əvvəl rusların Ata sözünü xatırladaq. "Solomonovo reşeniya”. Müsahibimiz Azərbaycan Respublikası Əməkdar hüquqşünası, uzun illər Ali Məhkəmədə və Apellyasiya Məhkəməsində (Cinayət işləri üzrə məhkəmə kollegiyasında) hakim işləyən Rəhman Mirzəyevdir.

- Rasim müəllim, necəsiniz? (Biz ona nədənsə "Rasim” - deyə müraciət edirik.)

- Əla!

Arayış üçün deyək ki, peşəkar hakim (keçmiş) R.Mirzəyev xəstəliyinə görə təqaüdə çıxıb.

- Rasim müəllim, "Solomonovo reşeniya” - deyəndə nə başa düşülür?

- Qədim zamanlarda məhkəmə olmayıb. Hökmdarlar məntiqlə işlərə baxıb, ədalətli qərar çıxarıblar. İsrailin hökmdarı Solomonun hüzurunda şikayətçi qismində olan bir kişi iki arvad saxladığını etiraf edir. Kişi deyir: "Qibleyi Aləm, 2 arvadım var. Hər ikisi eyni vaxtda hamilə olaraq, ana oldu. Hər ikisi oğlan uşağı dünyaya gətirdi. Elə həmin gün də uşağın biri öldü. İndi arvadların hər ikisi deyir ki, sağ qalan uşaq onundur. Necə deyərlər, bir-birlərinin saçlarını yolur, artıq öldürmək həddinə çatıblar.

Hökmdar Solomon təmkinlə, səbrlə hər iki qadını dinləyir. Arvadların hər biri hökmdarın qarşısında ağlayaraq, ah-vay edirlər ki, bəs bu oğlan uşağı onundur. Məsələnin qəlizləşdiyini hiss edən hökmdar: "Cəllad!” - deyə əmr edir: "Bir taxta gətir, uşağı qoy üstünə. Tən ortadan bölüb yarısını bu qadına, digər yarısını da o birinə ver. Bununla da məsələ bitəcək!

Bəsirətli, ədalətli hökmdar gözucu qadınların hərəkətlərini müşahidə edir. Ağızlarından çıxan hər bir sözə göz qoyur. Birinci qadından səs çıxmır, ikinci isə hökmdarın ayaqlarına sərilir. Göz yaşları töküb, ah-vay edir: "Ey ulu yerin, ulu göyün sahibi Qibleyi-Aləm, Zati Aliləri! Canım Sizə də, o uşağa da fəda olsun. Bu uşağın doğma anası ərimin birinci arvadıdır. Lütf edin, uşağı öldürməsinlər. Mən yalan danışırdım. Əmr edin, uşağı versinlər əsl anasına...”

Fəzilət Sahibindən səda qopur: "Uşaq verilir doğma anasına!” Şikayətçi kişi ilə onun birinci arvadı uşağa yaxın gələndə Adil Hökmdar (birinciyə üz tutub) soruşur:

- İndi de görək, sən (uşaq) doğan günü uşağını necə öldürmüsən?

Birinci qadın çaşır və etirafa məhkum olur: "Qibleyi Aləm! Canım fəda olsun Sizə! Uşaq doğuldu, sevindiyimdən aldım qucağıma. Yuxu məni aparandan sonra oyandım ki, uşaq altımda qalıb ölüb. Tez ikincinin (ikinci arvadın) uşağını oğurlayıb yanıma qoydum”.

Hökmdar:

- Bəs ölü uşağı hara apardın?

- Qibleyi Aləm! Kişinin ikinci arvadının yanına qoydum. O da oyanında haray çəkdi ki, bu ölü uşaq onun deyil!

Hökmdar:

- Niyə yalan danışıb ərini aldatdın?

- Qibleyi Aləm! Qorxdum ki, məni evdən qovalayar.

Hökmdar əmr edir: "Yalana görə 50 şallaq vurun!”

Peşəkar hakim, ədalətli hüquqşünas və gözəl insan R.Mirzəyevin səlis ruscasından anladım ki, o zamanlar məcəllə olmadığından mülkü və cinayət işlərini (HÖKMDARLAR) ƏDALƏTLİ MƏNTİQLƏ həll edirmişlər. Həm şikayətçi, həm də digər tərəf razı qalırmış.

R.Mirzəyev "şərt borcu” və "brak po italyanski”-nin açmasını da izah elədi. "Qız qaçırma”nın məqsədinə gəlincə onun fəlsəfi və hüquqi inikasını izah etdi: "Adam oğurlama məqsədlidir. Qız qaçırmada isə məqsəd - qızı özünə arvad eləməkdir”.

Maraqlı müsahib, dodaqlarından heç vaxt təbəssüm əskik olmayan, şux, nikbin əhval-ruhiyyəli Rasim müəllim yaddaşımda cəsarətli, savadlı (xüsusilə), ƏDALƏTLİ HAKİM kimi qalıb. 1984-cü ildə "Mişiyivin işi”, 1994-cü il iyulun 3-də Bakı metropoliteninin "28 may” və "Gənclik” stansiyaları arasında hərəkət edən qatarda erməni daşnaklarının (DQ) xüsusi xidmət orqanlarının əməkdaşlarının təhriki ilə erməni əsirliyində olan Azər Salman oğlu Aslanov tərəfindən törədilmiş terror aktından və həmin cinayət işinin MƏHKƏMƏ İSTİNTAQINA SƏDRLİK bilavasitə (rus dilli) hakim R.Mirzəyevin icraatına daxil edilmişdi.

Leyla Yunus qarısı "Azər Aslanovun azad olmasını” ulayıb Avropa Şurasından rica diləməsini eşidəndə ayaqlarım altından torpaq qaçdı. Bu iblis qarının, görəsən daşnak casusu olduğunu bizim bəzi məmurlar bilmirdimi?!

"Qabusnamə”də yazılır ki, oğul, hərgah padşah olsan, "rəzil adamlarla” işləmə, hərgah onlara işin düşsə, özünü yazıqlar cərgəsində hiss et. Xəyanətkarı məmləkətindən çıxart, qov.

Hüquq, fəlsəfi və məntiq elmində piyada - bəzi məmurlar Leyla Yunus qarının məkrli təxribatına uyub onu həbs etdilər. (?!) Belə çıxır ki, bu "həbsəalma oyunu” elə həmin zümrələrin nəşqələrinin (AZƏRBAYCAN DÖVLƏTİNİN NÜFUZUNA zərər gətirən) tərkib hissəsidir.

YERİ GƏLMİŞKƏN: "Laçın-Şuşa işi” ilə tarixə düşən Cinayət İşini aparan peşəkar hakim, görkəmli hüquqşünas, qəti məntiqlə məhkəmə araşdırmasını bilavasitə zərgər kimi incələyən Ənvər Seyidov kimi müdrik şəxsiyyətə, BÖYÜK DÖVLƏTÇİ İNSANA KİV əməkdaşlarının qarşısında (?!) təxribatlar olmadımı?!

L.Yunus xarici casus şəbəkəsini məhkəmə zalına soxmağa çalışanda, o qarı hansı hiylələrə əl atmırdı?!

(Bax: "Qabusnamə”, səhifə 193) "Oğruya rəhm etmə, qatili bağışlama, bağışlasan qiyamətdə cəzasın çəkərsən. Hərəyə özünə layiq iş ver, ləyaqəti olmayana vəzifə tapşırma... İstəyirsən başağrısı olmasın, işi bacarana tapşır”.

Cib kəsənlər, baş kəsənlər,

Özü milyon udmuş ikən

Balıq tutan bir kəndçiyə iş kəsənlər!

Xəlil Rza Ulutürk

 

Sözün böyük mənasında Vətən döyüş meydanıdır... bacarırsan köksünlə qoru onu, İncili, Tövratı, Quranı oxumayanlar harama, rüşvətə biət edər.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan edib.

Azərbaycan tam hüquqlu müstəqil dövlət kimi ADC-in Ədliyyə Nazirliyi (ilk Ədliyyə naziri Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov olub) yaradıb. 14 noyabr 1918-ci il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq "Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi” təsdiq olunmuşdu. (Bax: "Azərbaycan Respublikası Məhkəmələrinin yaranması və inkişafı”) S.Həsənova və H.Sadıqovun həmmüəllif olduğu kitabda mütərəqqi məhkəmə sisteminin fəaliyyəti əks olunub. 5 mart 1934-cü il tarixindən 16 noyabr 1936-cı il tarixinədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri təyin olunan Ayna Sultanovanın əsassız təqsirləndirilərək həbs olunmasının gerçək məqamlarını XXI əsrin Azərbaycan vətəndaşına çatdırıb.

YERİ GƏLMİŞKƏN: Bu il yubileyi keçirilən Şərqin ilk general-leytenant Qızı Südabə Həsənovanın DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNƏ SADİQLİK ifadə edən xidmətlərinin sırası xüsusilə zəngindir. Məsələn, çox hörmətli Südabə xanım o vaxt Ədliyyə Nazirliyində Qanunvericilik İdarəsində (Qanunvericilik və Hüquqi təbliğat idarəsi) Ali Sovetin Hüquq Şöbəsinin (keçmiş) müdiri Abdulla İbrahimovun təşəbbüsü ilə aparılan diskussiyalar zamanı "Qanun layihələrinə” verilən "Andlılar Məhkəməsi” ilə bağlı rəyə etirazını ifadə edib.

S.Həsənova: "O vaxt "Andlılar İnstitutu” qanuna salınanda Abdulla müəllim dedi ki, yox qızım, qanunun tələbidir. Xarici ölkələrdə də belədir. Lakin mən subyektiv fikrimi bildirdim”.

Zaman göstərdi ki, Azərbaycan dövləti öz daxili ənənələrinə, tələblərinə uyğun qanunları qəbul edə və etməyə bilər! Sözarası S.Həsənova Abdulla İbrahimovun Ali Məhkəmə sədri olduğu zamana rakus etdi. Binəqədi Məhkəməsində işlədiyi dövrdən incə "səhv”inin etirafı, Ona dərin sevgi duydurdu: "Abdulla İbrahimov məni çağırmışdı. Bir qəbahətə yol verdiyimdən məni danlayanlara müraciət edən rəhmətlik Abdulla Qadjieviç dedi: "Mən inanmıram ki, bu qız bu qəbahəti özü eləyibdi. Bunu sədr elətdirib”. Doğrudan da eləydi. Ancaq mən susub danışmadım (təbəssümlə-N.A.).

Bəli! O. Südabə xanım Həsənova Azərbaycan Respublikasının tarixində İLK QADIN Ədliyyə Naziri və ilk müstəqil dövlətin Ali Məhkəməsinin sədri kimi hüquq tariximizdə yer alıb. Necə deyərlər, o, həm də Şərqin ilk general-leytenant qızıdır. Ədaləti, fəziləti, bəsirəti, fəhmi, mükəmməl elmi və ən ümdəsi Ulu Öndərə sadiqliyi ilə yada qalır, sevilir, anılır, unudulmur! Xatırlanır. Hərbi jurnalist, şairə Zəminə Xınalı, görkəmli qələm adamı Oqtay Rza, Natella Asena, Ş.Aydəmir, M.Xəlilbəyli... və digərləri onun əfsanəvi hakim olmasına həsr olunan şeirlər, esselər sənədli oçerklər qələmə alıb, çap ediblər.

S.Həsənovanın Sədr işlədiyi dövrü QIZIL DÖVR adlandıranlar səhv etmir. Hərbi jurnalist, şair Zəminə Xınalı deyir ki, bu xanım bir azərbaycanlı qızı, bir ismətli qadın, bir mehriban ana, qayğıkeş, xeyirxah Azərbaycan Vətəndaşı kimi, hər ay, vaxtlı-vaxtında ərizə və şikayətçiləri şəxsən qəbul edib, lütfükarlıqla dinləyərdi. Problemləri yerində həll edib, hər iki tərəfi razı salardı. SÜDABƏ HƏSƏNOVANIN VAXTINDA VƏTƏNDAŞLAR AVROPA ŞURASINA deyil, elə Sədrin özünə şikayət edərdilər. O da həmin an problemin hüquqi həllini ədalətlə çözərdi.

Bu nə ilə əlaqədardır?! Hakim də tutularmı?! Bu sətirlərin müəllifi, (Natella Asena) 22 il məhkəmə zalından yüzlərlə canlı reportajlar qələmə almışam. Demək olar ki, son 5-10 ildir ki, məhkəmələrdən seyrək yazılar çap edirəm.

Azərbaycanda Nüşabə, Tomris kimi qadın hökmdarların olması qəbul edilmiş həqiqət və şərəfli tarixdir. Herodotun "Tarix”ində aşkar olaraq "Tomris əfsanəsi” arxasında bir örnək, özək, kök var. Hər iki qadın hökmdar - həm Tomris, həm də Nüşabə düşmənlə (həm silahla, həm də ağılla) dövrün vəziyyətinə uyğun davranıblar. Tomrisin hərbi istedadı, taktikası bu gün də heyrət duydurur. Nüşabə sarayına elçi geyimində gələn döyüş şöhrətinin zirvəsində olan İsgəndəri tanıyır, onunla sərt danışır və "ləl-cəvahirat” süfrəsinə dəvət edir. Ulu Xatun Nənələrimizin sarsılmaz iradə örnəyi, ağıl yarışının zirvə XANIMI, BİRİNCİ VİTSE-PREZİDENTİMİZ MEHRİBAN ƏLİYEVA inanıram ki, bu günkü boşluğu öz incə diplomatiyası ilə səhmana salacaq.

Yuxarıda şeirdən, SÖZDƏN söz açdım. Şair demişkən:

Görəndə QOŞA QANADI -

Hey İLHAMA gəlir hamı.

Ulu öndər dayaq sanır...

O, İLHAMLA-MEHRİBANI.

 

Bu gün MEHRİBAN XANIMIN ADI, ŞƏXSİYYƏT BÜTÖVLÜYÜ dünyaya (dünyamıza) SÜLH duydurur.

MEHRİ BANU - Sülhün səsi...

O ALLAHIN əfsanəsi,

həm seçməsi.

Azərbaycan ölkəsinə Hədiyyəsi...

 

"Dədə Qorqud”un Vətən boylarında ədalət, düzlük, nəciblik azad dünyanın tərəfində dayanır. Bu, Azərbaycan ruhunun qüdrət və ölməzliyinin ANA köküdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin (keçmiş) 18 il sədri olmuş Abdulla İbrahimovun "Azərbaycan” nəşriyyatının sol tərəfində, həmişəyaşıl ağacların çətirləri altındakı məzarını (uyuyan) dəfələrlə qızı və yetirmələri ilə ziyarət etmişəm. Ruhuna dualar oxumuşam. Vəsiyyətiə uyğun olaraq anası Ağabacı xanımın ayaqları altında dəfn ediblər. Məzarı öz vəsiyyətinə görə sadə götürülüb. Xatırladıram ki, Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə rəhbər heyət sırasında (təkcə vəzifədə) Azərbaycan Ali Məhkəməsinin sədri Abdulla İbrahimovu saxlamışdı.

Ali Məhkəmənin 18 il sədri olan Abdulla İbrahimov

haqqında bir neçə SÖZ...

 

A.İbrahimov 1921-ci il dekabrın 31-də yeni il ərəfəsində zəhmətkeş, el içində sayılıb-seçilən ümid yeri, pənah yeri olan Seyid Hacıbabanın ailəsində anadan olub. Onun dünyaya gəlişi təkcə ailəsinin deyil, cümlə hüquq elminə, ədalətli hakimlər Ordusunun formalaşmasına, Xalqın hüquq-mühafizə orqanlarına inamının bərpasına məlhəm olub (olmuşdur).

2005-ci ildə Südabə Abdulla qızı İbrahimova məni evlərinə dəvət etdi. Mən əvvəl Abdulla İbrahimovun xanımı Məsumə Ananın əlini öpdüm. Sonra sol tərəfdəki qapıdan içəri otaqda Südabə xanımın göstərdiyi stolda əyləşdim. Burda 18 il MƏHKƏMƏ SƏDRİ işləmiş görkəmli hüquqşünasın əzəmətli portreti asılıb...

Südabə xanım əvvəl mənim atası haqqında çap olunan müxtəlif janrlarda olan yazı nümunələrinə nəzər yetirdi. Sonra süfrə tədarükü görmək üçün mətbəxə keçdi...

 

Ayağa qalxıb ƏZƏMƏTLİ İNSANIN, çərçivədən ətrafa sancılan iti baxışların SAHİBİNİN PORTRETİ önündə raport verən əsgər vəziyyəti aldım. Dua oxudum.

Südabə xanım otağa girəndə mən artıq HAKİMİN RUHU qarşısında SON SÖZümü deyib qurtarmışdım.

Abdulla İbrahimov və BDU-nun hüquq fakültəsinin keçmiş dekanı (18 il dekan olub) Məmməd Xələfov 1941-1945-ci illər müharibəsində faşizmə qarşı döyüşüb, yaralanıblar. Abdulla müəllim 14 dəfə, M.Xələfov isə 16 dəfə. Hər biri əlillikdən imtina ediblər.

Qabriel Qarsiya Markes "Anlatmaq üçün yaşamaq” romanında "xoşbəxt günlərdən yadigar qalan gözlərindən” danışır. Doğma Vətəni Kolumbiyanın paytaxt şəhəri Baqotanın qəsbkarlar tərəfindən dinc əhalisinin güllələnməsi, şəhərin darmadağın edilməsi faciəsini təsvir edir. Faciə təkcə gözlərə təsir etmir.

A.İbrahimovun "Müsəlman hüququnun predmeti və mənbələri” kitabını oxudum.

2003-cü il iyulun 5-də ömrünün 82-ci ilində vəfat edən (Şeyx Hacı Allahşükür həzrətləri ilə mübarək ziyarətgahda olmuş), DTK, Bakı şəhər prokuroru, DİN-də müavin, 1962-ci ilin mart ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin (1962-1980) fasiləsiz 18 il sədri vəzifəsində çalışan Abdulla İbrahimovun ÖRNƏK HƏYATI hər bir hakimə (bilavasitə hər bir vətəndaşa) ibrətdir.

Professor Telman Əliyev deyirdi ki, onun ən yaxın dostu Rəsul Rza olub. Abdulla İbrahimov fitrət sahibi olaraq, həm də Azərbaycanın klassik ədəbi və mədəni irsinə, dini-mənəvi dəyərlərinə yaxından bələd olan gözəl bir ziyalı kimi xatırlanır. Əməkdar hüquqşünas, orden və medallarla təltif olunmuşdur. "Tərif - dil rüşvətidir” femidasının müəllifidir. Sovet dönəmində paytaxt Moskvanın dövlət məmurları Berlinə ancaq Abdulla İbrahimovla gedərdilər. Çünki bu nadir hüquqşünas rus dilinin incəliklərini (ədəbi) ruslardan mükəmməl bilirdi. Tolstoyun "Hərb və Sülh” əsərini hər bir hakim məhz Sədr kimi oxuyub, öyrənməyə (mənimsəməyə) cəhd edərdilər.

HAKİMİN KİTABXANASI VƏ ARXİVİ

 

A.İbrahimovun üç otaqlı evində sağ otaq kitabxana qismində görünür. Orta otaq (Abdulla müəllimin) sadə yataq dəstinin qoyulması ilə ishar olunur. Sol tərəfdəki isə milli dizaynlı qonaq otağı təsiri bağışlayır. Ailə üzvlərinin hər biri: hətta, nəvələri Aqşin, Naimə... də namaz qılır, oruc tutur.

Hakim İlham Həsənov deyir ki, Abdulla İbrahimov rayonlarda müşavirəyə gedəndə camaat xəbər tutarmış. Rəhmətlik rayon rəhbərlərindən xahiş edərmiş ki, müşavirəni klubda təşkil etsinlər: "Qoy sadə camaat müşavirənin gedişatını izləyib maariflənsinlər. Bəlkə, kimsə sual verəcək, kiminsə bir problemi var və yaxud kimsə hansısa rayon rəhbərindən narazılıq edəcək: "Moskvaya şikayətə getməyə lüzum yoxdur. Kimi nə, hansı problem narahat edirsə, çəkinmədən desin”.

Günlərin bir günü Ali Məhkəmə sədri Zaqatala rayonuna gedir. Şəhərin əzəmətli klubu, həyəti, yolu adamla dolu olur: " Abdulla İbrahimov gəlir!!!” - deyərək sadə zaqatalalılar əllərini bu müdrik insana tərəf uzadıb imdad diləyirlər. O, hamı ilə əl tutub qardaşı, bacısı, Anası, Atası qismində görüşür. Sadə bir çoban isə yaylaqda canavar hücumuna məruz qaldığını söyləyir. Bəs deməzsənmi, rayonun milis rəisi onu həbs edəcəyi ilə hədə-qorxu gəlirmiş. Nədi, nədi canavar iki qoyunu, bir quzunu parçalayıb.

Gələcəyi öncədən bəsirətli (qəlbinin) gözləri ilə görən bu fitrət sahibi hər bir müşavirəyə ən azı iki-üç saat qalmış gələrmiş ki, camaatın içində olsun, onların dərdini-sərini şəxsən özü dinləsin. Yerində həll etsin. Məmurlara Ata tövsiyəsini versin. Desin ki, ay oğul, bu zəif hesab edib əzmək istədiyin öz millətindi, bacındı, qardaşındı, ata-anandı. Hə! Müşavirə başlanır. Klubda hamı maraqla bu böyük natiqin, hüquq elminin korifeyinin məruzəsinə diqqət kəsilirlər.

Tribunadan səda eşidilir: "Klubun həyətində mikrofonlar quraşdırın! Qoy hamı müşavirənin gedişatını izləsin. Hamı bir-bir sualını verə bilsin. Burda rayonun rəhbərləri iştirak etdiyi üçün deyirəm. Mənim atamla-anam ağzı dualı, namaz qılan, oruc tutan insanlar olub. Namaz qılanın önündən keçmək olmaz! Günahdır. Hakim müşavirə otağında olanda onun işinə müdaxilə yolverilməzdir. Günahdır. Xahiş edirəm hakimin NAMAZINA müdaxilə etməyin! İmkan verin sərbəst qərar çıxarsın. Ədalətli hökm elan etsin.”

Allah rəhmət eləsin. Yeri behişt olsun. Ruhu nura bürünsün.

Abdulla İbrahimovun vaxtında Ali Məhkəmə sədrinin poçt qutusu olub. Hər bir ərizə, şikayəti diqqətlə oxuyub, həmin şikayətçiyə özü məktub yazıb qəbula dəvət edərmiş. Hazırda o qəbul otağında çox ədalətli bir xanım oturur. Xuraman xanım. Xuraman xanım ACDİM-nin güzgüsüdür, həm də ədalətli sədr Mahmud Nəbiyevin.

Hər şənbə günü, səhər saat 11:00-də Ali Məhkəmə sədri indiki Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (Bakı) Mahmud Yusif oğlu Nəbiyevin çalışdığı binanın qəbul otağında (Bu binada əvvəl Ali Məhkəmə yerləşirdi) hər kəsi qəbul edərdi.

Abdulla İbrahimovun ƏDALƏT ŞİNELİNDƏN çıxan hakimlər ordusunun hər biri sadalanan epitetləri şəksiz təsdiq edər. Çünki, onların hər biri A.İBRAHİMOV MƏKTƏBİNİN etalon hakimləri sırasına daxildir. Necə deyərlər, onun sədrliyi dövründə Qanunun ali relsindən çıxan olmazdı!

Bu sətirlərin müəllifi onlarla hakimin, yüzlərlə hüquqşünasın (A.İbrahimov haqqında) XATİRATLARINI olduğu kimi çap edib.

QIZININ BAŞINI KƏSƏN ATA...

İLK DƏFƏ: Bir gün Abdulla İbrahimovun böyük qızı Südabə xanımla görüşüb "Azərbaycan” nəşriyyatında yerləşən redaksiyamıza gəldik. Sərbəst oturub, dərdləşdik. Mən ona "Azərbaycanın Metesi” başlıqlı məqaləmi göstərdim. Məqalə 1980-1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuş İsmayılov İbrahim İsa oğlunun döyüş (1941-1945) və xidmət yoluna həsr olunmuşdu.

Növbəti arxiv yazımın qəhrəmanı 1927-ci ildə Şəki şəhərində (Nuxa) anadan olan, 1948-ci ildə BDU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən (aspiranturanı da) Alxasov İsmayıl Məmməd oğluna ithaf olunmuşdu. SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilovun imzaladığı zəmanət və SSRİ Ali Məhkəməsinin sədr müavini P.Q.Tixomirovun verdiyi Xarakteristikanın (Xasiyyətnamə) surətini fəxrlə göstərib dedim: "Gör kimləri dinləyib, kimlərin qəlbinə tamaşa etmişəm”.(?!) Sonra isə 90-cı illərin 20 Yanvar faciəsi ərəfəsində tutulan onlarla günahsız vətən oğulları barəsində "qondarma cinayət işlərini” Moskvadan alan (1987-92-ci illərdə Ali Məhkəmə sədri) Hüseyn Talıbovun işıqlı xatirəsini anmasaq, Allaha xoş getməz.

Südabə İbrahimova məni dinləyib, pəncərədən o tərəfdə uçuşan azad quşlara baxdı. Nəyisə xatırlayaraq atasından söz açdı:

- Natella xanım, görürəm keçmiş məhkəmə sədrlərini yaxından tanıyırsan. Alxasov atamın dostu idi. Atam sədr olanda İbrahim İsmayılov onun müavinlərindən biri olub. Çox istərdim ki, sən atam işlədiyi illərdə onun sədrliyi ilə keçirilmiş məhkəmə iclaslarından (istintaqından) canlı reportajlar hazırlayasan (hazırlayaydın). Təəssüf. O, işləyəndə sən hələ məktəbdə oxuyurdun, ya da tələbə idin. Bir gün atam gecəni səhərə qədər açıq balkonda keçirdi. Səhər üzü günəş dağların arxasından boylanıb, dənizə şəfəq salanda mən papanın dayandığı yerə yaxınlaşıb, ərklə əlindən tutub silkələdim: "Papa, niyə yatmamısan?” - soruşanda, o çömbəldi, dizləri üstə dayanıb, iki əli ilə saçlarıma sığal çəkdi. Əlbəttə! Atam məni çox istəyirdi. Əvvəl mən anadan olmuşam. 10 ildən sonra isə kiçik bacım Sevinc. Atam ürək sözünü həmişə mənə deyərdi. Bu gün o yoxdur. Sən də öz yazınla qaysaqlayan ATA YARAMI qanatdın... Südabə xanımın göz yaşları dayanmırdı. Mən də lap özümü itirmişdim: "Əşi, mən nə qələt elədim belə bir böyük nüfuz sahibinin qızını öz kasıb redaksiyama gətirdim” - deyə özümü yamanlamaqdaydım ki, Südabə xanım qəflətən məni bağrına basıb daha bərkdən, hönkürtü ilə ağladı:

- Heç biləsən papa, o günü mənə nə dedi?! Hansı sirri açdı?

-...Yox! - deyib kəkələməyə başladım.

Bax, indi fövqündəydim. Qarşımdakı 18 il Ali Məhkəmənin sədri olan (olmuş), XX əsrin Şerlok Holmsı (Xolmos) Abdulla İbrahimovun qız övladı!

Südabə İbrahimovanın dediklərindən yadımda qalanlar təxminən belə məzmun kəsb edirdi. Azərbaycanın rayonlarından birində bir nüfuzlu kişi sevimli qızının namus üstündə başını kəsib, həyətlərindəki ağacın dibində basdırır. Milis işçiləri kişini tutanda etiraf edir. Səs yayılır ki, bəs deməzsənmi, bu cinayətkar atanı güllələyəcəklər! Ali Məhkəmə sədri, bilavasitə iki qız atası olan Abdulla İbrahimov bu qətl hadisəsindən mənəvi sarsıntı keçirir. O vaxt "binagüzarlıq iclası” deyilən nəsnə var imiş.

Sərt, ayıq adam olduğundan həmkarlarının fikirlərini, düşüncələrini simalarındakı (gərilmə) cizgilərindən oxuyur. Məhz bu baxımdan, səhərə qədər düşünür və qəbul elədiyi QƏRARI sevimli qızı ilə bölüşür.

Südabənin Atası: "Qızım, bu ağır cinayət işinə özüm baxacağam” - deyib vanna otağına girir, qürulanır, geyinir, üzünü taraş edib evdən çıxır! O vaxt Ali Məhkəmə binasında qorxu xofu yaradan dəmir barmaqlıqlar yox idi. Yəni, sabit iş ahəngi hökm sürürdü. BAŞ məsələsi, insan amili problemi demək olar ki, bilavasitə Respublikanın rəhbərinin dərinləri görən gözlərinin nəzarətindəydi. Hər yerdə - eşidən qulaqları, danışan dili, görən gözləri ƏDALƏT TƏRƏZİSİNİN MİZANINI NİZAMLAYIRDI.

"Solomonovun məntiqinə” uyğun hökmlər ədalətin qanunları fövqündə - yay kimi tarım çəkilmişdi.

O vaxt "Bayıl türməsi” kimi tanınan məşhur 1 saylı İstintaq Təcridxanasının "komvoyları”, dustaqları hakimlərin məktubları əsasında, adi maşınlarda, əli bağlı gətirərdi. Müttəhimi gətirirlər.

Hakim A.İbrahimov müttəhimi CPM-nin şərtləri ilə tanış edir. İbtidai istintaqda (müstəntiq tərəfindən) ona elan edilən Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 94 və 95-ci (köhnə redaksiyada-N.A.) maddələri ilə ittiham aktını (ittihamnamə - köhnə red.) oxuyur.

Müttəhim CM-nin (ağır da olsa) tələbləri ilə razılaşır. Hakim müşavirə otağından xalq iclasçıları ilə qayıdıb, məhkəmə istintaqını təxirə salır.

Elə həmin gün ali məhkəmə orqanının birinci adamı istirahətə çıxır. Və iki ay müddətində qeyb olur...

Hakim A.İbrahimov doğma qızının başını kəsib, həyətindəki ağacın dibində basdıran atanı bu cinayəti törətməyə təhrik edən (?!) sirri açmaqdan ötrü (2 ay hadisənin baş verdiyi rayonu əli çəlikli kişi qismində gəzir) xeyli vaxt sərf edir. Qayıdır və elə həmin günün səhərisi dustağı gətizdirir. Məhkəmə başlayır. A.İbrahimov görür ki, bu iki ayda övlad qatili olan atanın başı tamam ağarıb.

Tövsüf olunan ittiham Solomonovun məntiqi ilə dəyişdirilir.

(ardı var)

Natella Asena



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}