Ölkə “Pambıq işi” adlı məhkəmə prosesləri ərəfəsindədir

 Prezidentin siyasətini məhv edən məmurlarla bağlı tədbir görüləcəkmi?

Prezident İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində təşəbbüslərinin məmur təbəqəsi tərəfindən layiqincə yerinə yetirilməsi bir yana, doğru qiymətləndirlməməsinin də şahidi olmaqdayıq. Bunun ən bariz nümunəsindən biri də pambıqçılıqla bağlı ölkədə yaranmış vəziyyətdir. İlk anlaşılmamazlıq ondan ibarətdir ki, büdcədən maliyyələşən idarə və müəssisələrin işçiləri pambıq yığımına cəlb edildi. Bu elə bir anlaşılmaz vəziyyət idi ki, bununla bağlı məmurların açıqlamaları daha ciddi suallar meydana çıxarır. Məsələn, məmurlar büdcə təşkilatlarında çalışanların icra hakimiyyəti başçılarının göstərişi ilə deyil, özləri əmək haqqları aşağı olduqları üçün iştirak etdiklərini bəyan edirlər. Bu məmurlar anlamırlar ki, bununla bir neçə ciddi problemin üstünü açmış olurlar. Birincisi, büdcə təşkilatında çalışan şəxs az və çox olmasından asılı olmayaraq büdcədən gələn əmək haqqını gördüyü konkret işin müqabilində alır. Bu əmək haqqı azdırsa və ya onu qane etmirsə, özünə başqa iş axtarmalıdır. Buna görə, işini buraxıb, pambıq yığmağa getməməlidir. İkincisi, əmək haqqının aşağı olmasına görə qanunla üzərinə düşən vəzifəni görmək əvəzinə pambıq yığmağa gedən məmur eyni məntiqlə sabah işini buraxıb, başqa bir iş dalınca, məsələn bir sahibkarın bostanından xiyar yığmağa da gedə bilər. Bostanlarda işləyənlərin pambıq yığanlardan çox qazanması, üstəlik yığdığı məhsuldan evə aparmaq imkanı pambıq tarlasında olmasa da, xiyar bostanında mövcud olması məmurları məhz xiyar yığımına həvəsləndirə bilər. Ümumiyyətlə isə, məmurlar adımlarının nəticələri haqqında bir az düşünsələr, sonradan belə pis vəziyyətlə üzləşməzlər. Məsələn,Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva mətbuata açıqlamasında səhiyyə işçilərinin rayon rəhbərliyinin göstərişinə əsasən pambıq yığımına cəlb edildiyini təsdiqləyib. Ancaq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Şəmsəddin Hacıyev inadla bu faktı inkar etməyə çalışıb. Elə bir əlverişsiz vəziyyət yaranıb ki, heç bir deputat, nazir, komitə və Səhmdar Cəmiyyət sədri büdcə təşkilatında çalışanların pambıq yığımına cəlb edilməsini nə təsdiq, nə də təkzib edə bilir. Belə gizli, gözükölgəli fəaliyyətlə isə iqtisadiyyat ola bilməz. İqtisadiyyatın inkişafı insanların bu prosesdə necə iştirak etməsindən birbaşa asılıdır. Məcburiyyətlə, iqtisadiyyat  inkişaf  etsəydi, Sovet İttifaqı dağılmazdı. Bundan sonra artıq yazmağa söz də qalmır.

Ancaq nə edəsən ki, ölkənin dərdinə dərman olmalı olan pambıq əlavə problemə çevrilib. Məsələ ondan ibarətdir ki, prezidentin təklif və təşəbbüslərinə yaradıcı yanaşa bilməyən məmurların fəaliyyəti açı nəticələr verməkdədir. Pambığın necə və hansı vasitələrlə yığılması haqqında suallar üzərində düşünülmədiyi üçün, bu gün çox ciddi problem yaranıb. On minlərlə hektar pabmıq sahəsində elə on minlərlə ton pambıq yığılmadan qalıb. Məhsulun necə yığılacağı haqqında düşünülmədiyi üçün əhali pambıq əkməyə sövq edilib. Bu məsələheç kimə sirr deyil ki, pambıq əkinində icra hakimiyyətlərinin təşviqləri önəmli rol oynayıb. Pambıq əkənlərin əksəriyyəti isə bu işi pambıqçılıqla məşğul olan şirkətlərdən aldıqları maddi dəstəklə ediblər. İndi isə, sahibkarlar əkdikləri on hektarla sahədən gəlir götürmək bir yana, əkin işləri üçün aldığı maddi və texniki yardımı qaytarmaq imkanı yoxdur. Sahibkara pambıq əkmək üçün maddi və texniki dəstək vermiş şirkətlər isə haqlı olaraq onlara ya pambıq verilməsi, ya da pullarının geri qaytarılmasını tələb edirlər. Artıq bununla bağlı ilk narazılıqlar baş qaldırıb və tezliklə məsələ məhkəmə salonlarına qədər uzanacaq. Məlumata görə elə sahibkar var ki, pambıqçılıq şirkətinə 100 min manat borcu var. Sahibkar ya 100 min manatlıq pambıq verməli, ya da pulu geri qaytarmalıdır. Fakt isə ondan ibarətdir ki, sahibkar aldığı pulu həqiqətən pambıq əkinə və becərilməsinə sərf edib. Havalarıntez soyumasıvə güclü yağışların yağması isə məhsulu yığıb, təhvil verməyə imkan vermir. Beləliklə də məhsul tarlada qalıb, məhv olur, şirkətlər isə pulunu tələb edir. Məlumata görə, artıq bəzi sahibkarlarala bağlı şirkətlər məhkəmələrə iddialar hazırlayır. Beləliklə də, pambıqçılığın inkişafı başlamadan iflas edir. Buna məsul olan məmurlar isə heç nə olmamış kimi fəaliyyətlərini davam etdirirlər.

Ancaq belə davam edə bilməz. İctimaiyyət dövlət başçısının təşəbbüsünü zərərə çevirən məmurlarla bağlı ciddi tədbirlər görülməsini tələb edir. İlk növbədə kənd təsərrüfatı naziri Heydər Əsədovun və pambıqçılıq rayonlarının icra başçılarının vəzifə məsuliyyəti ilə bağlı məsələ gündəmə gəlməlidir. Kənd təəsərrüfatı naziri Heydər Əsədov pambıq yığmaq üçün texniki imkanların məhdud olduğu bir ölkədə bu qədər sahədə pambıq əkilməsinə imkan verməməli idi. Ancaq hər zaman statistika xatirinə hərəkət edən məmurlar mövsümün əvvəlində daha çox sahədə pambıq əkilməsinə çalışıblar. İndi isə həmin sahələrdən hazır məhsulu yığacaq texniki imkanlar çatışmır. Ölkə bütövlükdə xeyir görmək əvəzinə, on milyonlarla və bəlkə də bir neçə yüz milyon manat zərər edib. Buna görə isə mütləq kimsə cavab verməlidir. Ancaq bu heç bir günahı olmayan sıravi kəndli olmamalıdır.

"Yeni Sözçü" qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti