8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir müddət əvvəl Neftçala rayonu üzrə Maliyyə İdarəsində korrupsiya halları baş verməsi haqqında iddilar mediada səslənsə də, etiraf etmək lazımdır ki, bu günə kimi konkret fakt səslənməyib. "Yeni Sözçü” qəzetinə daxil olan məlumatda isə konkret faktlardan söhbət açılır. Həm də iddia olunur ki, bu əməliyyatlar rayon maliyyə idarəsinin rəisi Rəşid Manafovla icra başçısı İsmayıl Vəliyevin maraqlarına xidmət edir. Məlumatlı mənbə bildirir ki, icra başçısı İsmayıl Vəliyevin idarəetməsi digər icra başçılarındn əsaslı şəkildə fərqlənir. Belə ki, İsmayıl Vəliyev işləri tabeçiliyində olanlara həvalə edib, özü həyatın maddi nemətlərindən ləzzət almağa üstünlük verir. Onun bu idarəçiliyi də işçilərin maraqlarına uyğundur. Eyni zamanda İsmayıl Vəliyevin "fövqəlnazir” Kəmaləddin Heydərovun himayəsində olması rayonundakı maliyyə fırıldaqlarının yoxlanılmalarından əsaslı şəkildə qoruyur. Ancaq artıq ölkədə bir çox məsələlər dəyişməyə başlayıb və prezident maliyyə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlı qəti göstəriş verib. Prezidentin bu göstərişi isə indi təqdim edəcəyimiz faktların ciddi araşdırılmasına yol açacağını düşünməyə imkan verir. Məsələn, ötən il Neftçala şəhəri daxili yolların əsaslı təmir işləri üçün sərf edilən 620 min manatdan artıq büdcə vəsaitin doğru istifadə edilmədiyi, büdcə vəsaitlərinin bir hissəsinin mənimsənildiyi iddiası var. Qeyd edək ki, bu maliyyə əməliyyatı "İlkin –N” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə həyata keçirilib. Biz bu maliyyə əməliyyatı ilə bağlı daha geniş araşdırma aparırıq.Hələlik isə qeyd edək ki, Neftçala rayonun bəzi kəndlərinin daxli yollarının təmir işləri çox ciddi şübhə doğurur. Mənbə bildirir ki, ötən il olduğu kimi bu il də daxili yolların əsaslı təmiri işlərinin eyni bir şirkətə,"İlkin-N” MMC-yə həvalə edilib. Yalnız bir fərq var ki, ötən il 620 min manatdan artıq büdcə vəsaiti sərf edilmişdisə, bu il 460 min manatdan artıq büdcə vəsaiti "İlkin-N” MMC-nin hesabına keçirilib. Bununla yanaşı ən şübhəli maliyyə əməliyyatı Sumqayıtda yerləşən "Azem” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə həyata keçirilən əməliyyatıdır. Məlumatda qeyd edilir ki, Mehdi Azayevin rəhbərlik etdiyi "Azem” MMC-i ilə həyata keçirilən maliyyə əməliyyatının məqsədi rayonda abadlıq işləri olub. Ancaq məlumata görə, "Azem” MMC-nin 200 min manatlıq bir abadlq işini həyata keçirmək üçün maddi-texniki bazası yoxdur. Mənbə bildirir ki,eyni sözləri mənzil fondunun əsəslı təmiri işlərinin və bəzi bələdiyyələr tərəfindən kənd daxili yolların təmir edilməsi işlərinin həvalə edildiyi "Master İnşaat Service” MMC-i haqqında demək olar. Məlumatda qeyd edilir ki, Yaşar Əsədovun rəhbərlik etdiyi "Master İnşaat Service” MMC-i mənzil fondunun əsəslı təmiri işlərinə 72 min manatdan artıq pul sərf edilib. Halbuki, bu şirkətin heç bir maddi texniki bazasının olmadığı hər kəsə məlumdur. Mövzunu araşdırmağa davam edəcəyik.
Sozcu.info