7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Bakıda məhbus ölüb.
Sozcu.info apa-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Lerik sakini, 1973-cü il təvəllüdlü Yəhyayev Zaur Xanağa oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Zaur Yəhyayev bu ilin sentyabrın 7-də həyat yoldaşı, 1976-cı il təvəllüdlü Yəhyayeva Cəvahir Güloğlan qızının başını kəsərək qətlə yetirib. Arvadının başını kəsərək, onu amansızlıqla öldürən Zaur Yəhyayev daha sonra özünə bıçaqla çoxlu xəsarət yetirib.