Bu gün, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.
APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin illik statistik məlumatlarında qeyd olunub.
Bildirilib ki, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% az, xəsarət alanlar üzrə 67 nəfər və ya 41 % çoxdur.
2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6 % çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.