Yenidən güclü zəlzələ oldu


Yaponiyada yenidən zəlzələ olub.

Sozcu.info xəbər verir ki, bu barədə RT məlumat yayb.

İsikava prefekturasında baş verən zəlzələ 5,5 maqnitudada olub.

Yeraltı təkanlar Osakada da hiss olunub.

Qeyd edək ki,ötən gün baş  verən  zəlzələdə ölənlərin sayı 62-ə çatıb.

Həmçinin, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanların əksəriyyəti davam edən zəlzələnin episentrində olan İşikava prefekturasının sakinləridir.

100-dən çox bina yeraltı təkanlar nəticəsində dağılıb.

İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

33 mindən çox ev işıqsız qalıb bəzi rayonlarda internet və mobil rabitədə fasilələr müşahidə olunur.

Bazar ertəsindən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub.

Zəlzələ 1885-ci ildən bəri Yaponiyanın həmin ərazisində baş verən ən güclü zəlzələ olub.

Oxu24.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}