8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nərimanov rayonu, Atatürk prospekti, 9 ünvanında yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitab və məişət əşyaları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində qeyd edilən anbardan oğurluq etdiyini etiraf edərək bildirib ki, əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı həmçinin S.Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.