İran Rusiyanı sıxışdırmağa başlayıb :Azərbaycan, Türkiyə və Rusiyadan yan keçəcək alternativ marşrut yaradır – TƏHLİL

İran Rusiyanı sıxışdırmağa başlayıb

 

"Rusiyanın Qara dənizdəki nüfuzu zəifləyir. Rusiya ümumiyyətlə bu bölgədə ən böyük tranzitçi kimi öz statusunu itirə bilər”.

Ekspertlər İranın yüklərin Avropaya tədarükü üzrə yeni nəqliyyat layihəsini bu cür sözlərlə qiymətləndirirlər. Hesab olunur ki, bundan Rusiyanın ən yaxın mütəfiqlərindən biri – Ermənistan qazana bilər, amma Rusiyanın özü uduzmuş durumda qalacaq.

Tehran Gürcüstana Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq təklifi verib. Bunu bazarertəsi Gürcüstana ikigünlük rəsmi səfərə gəlmiş İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: "Fars körfəzi ilə Qara dəniz arasındakı dəhliz Cənubi Avropa bazarlarına sürətlə çıxmaq və "Şimal-Cənub” dəhlizinə alternativ yaratmaq imkanı verər”.

Onun sözlərinə görə, "dəhlizin inşa olunacağı halda böyük imkanlar açılacaq, daşıma qiymətləri çox aşağı olacaq”.

Lakin Tehranın bu ideyasının həyata keçirilməsi üçün "Gürcüstan, İran, Ermənistan, Azərbaycanın əməkdaşlığı vacibdir”.

Fars körfəzi ilə Qara dənizi birləşdirmək iqtidarında olan nəqliyyat dəhlizi hələ keçən ildən müzakirə olunmağa başlayıb. Tehran Azərbaycan, Türkiyə və Rusiyadan yan keçməklə yüklərin Avropaya tədarükü üçün alternativ marşrut yaratmaq istəyir. Hesab olunur ki, marşrut Ermənistan, Gürcüstandan keçərək sonra dənizlə Bolqarıstana – Avropanın əsas qapısına girəcək. Yüklər sonra isə Yunanıstana və hətta İtaliyaya gedə bilər.

Artıq bütün potensial iştirakçılar layihəni dəstəkləyir. Bolqarıstan Varna və Burqas limanlarını İran karvanlarının giriş nöqtəsi etməyə razılaşıb. Bolqarlar hətta gərəkdiyi halda ixtisaslaşdırılmış terminallar da inşa etməyə hazırdırlar. Axı İranın Balkan yarımadasına çıxışı ilə yanaşı Yaxın Şərqin açılan bazarı Avropa üçün heç də az maraqlı deyil. Bundan savayı, bu dəhlizə perspektivdə (müharibədən sonra) yeni bazarlar – İraq və Suriya da qoşula bilər, həmçinin Hindistan və Omanın da qoşulacağı istisna olunmur.

Sanksiyalardan azad olmuş İran öz mallarının tranziti üçün Ermənistanı əsas tərəfdaş seçməyi qət edib. Nəzərdə tutulan marşrut: Mehri-Dzor-Vayots-Yerasx, sonra dəmiryolu ilə Gürcüstandakı Poti dəniz limanına, oradan isə Qara dənizlə Bolqarıstan limanına. Bu marşrut İran mallarının Azərbaycan və Türkiyə ərazisindən cari tədarük marşrutuna alternativ ola bilər. 

Birincisi, bu yol daha rahat olmağı vəd edir. Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Lidiya Qivarqizova öz məqaləsində qeyd edir ki, yeni istiqamət yük maşınlarının yolunu 60 km azaldır və daha ucuz olmalıdır. Həm də Türkiyə ilə sərhəddə daim növbə yaranır.

İkincisi, siyasi amillər mühüm rol oynayır. Rusiya Mühəndislər İttifaqının birinci vitse-prezidenti İvan Andriyevski qeyd edir: "Görünür, İrana Ermənistan və Gürcüstanla sazişə gəlmək və bölgədə rəqibi olan və bir sıra mühüm məsələlər üzrə münasibətlərini aydın adlandırmaq mümkün olmayan Türkiyədən daha müstəqil olmaq lap asandır”.

Məsələn, kürdlərin məskunlaşdığı Türkiyə rayonlarında dövri olaraq İrandan gələn yük maşınları və avtobuslar yandırılır. Tehran həmişə ziyanın ödənilməsini tələb edir, amma Ankara buna getmir.

İranın Ermənistanla heç bir siyasi ziddiyyəti yoxdur. Və əlbəttə, yeni marşrut İrana Xəzər hövzəsində çoxdankı rəqibinin mövqeyini zəiflətmək imkanı verəcək.  

Lidiya Qivarqizova hesab edir: "Relyef özəllikləri üzündən əsas çətinliyi magistralların salınması təşkil edir. Ancaq Ermənistan-Gürcüstan, Ermənistan-İran kommunikasiyaları salınıb və artıq çoxdan mənimsənilib. Buna görə də bu layihənin perspektivi haqda danışmağa bütün əsaslar var”.

Başqa tərəfdən, İranın nəqliyyat dəhlizi həm də Rusiyanın "Şimal-Cənub” dəhlizinə alternativdir. Bu dəhliz Rusiya və İran vasitəsilə Baltika ölkələri və Hindistanla rabitəni təmin etməli və Süveyş kanalından keçən dəniz marşrutlarına rəqabət təşkil etməlidir. Bu halda yüklərin daşınma məsafəsi iki dəfə və daha çox qısalır. Lakin başlıcası, konteyner daşımasının dəyərini azaltmaq mümkün olur. Marşrutun üç variantı nəzərdə tutulur: Xəzərə limanlarından, Qazaxıstan, Özbəkistan və Türkmənistan vasitəsilə İran dəmiryoluna çıxış, həmçinin Həştərxan və Azərbaycan vasitəsilə.

Andriyevski deyir: ""Şimal-Cənub” dəhlizi ləng inkişaf edir və aydındır ki, İran  sanksiyalar götürüldükdən sonra öz mal dövriyyəsini tezliklə artırmaq və bölgədə ən böyük ticarət qovşağı olmaq istəyir. Fars körfəzi ilə Qara dəniz arasındakı dəhliz ona sürətlə Cənubi Avropa bazarlarına çıxmaq və Rusiyanın "Şimal-Cənub” marşrutuna alternativ qurmaq imkanı verəcək”.

Həmsöhbətimiz qeyd edir: "Yeni dəhliz təcili templə inşa olunsa və iştirakçı ölkələr üçün mal tədarükündə ən sürətlıi və ucuz yol olsa, onda Rusiyanın Qara dənizdəki nüfuzu zəifləyəcək. Rusiya ümumiyyətlə bu bölgədə ən böyük tranzitçi kimi öz statusunu itirə bilər”.

Bundan başqa, Ermənistanda Rusiya nüfuzunun zəifləməsi təhlükəsi var.

Rusiyanın əks tədbirlər görmək üçün hələ vaxtı var. Andriyevski deyir: "Çox şey Fars körfəzi ilə Qara dəniz arasındakı dəhlizin gerçəkləşdirilməsi müddətindən asılıdır. "Şimal-Cənub” dəhlizi onun  inşa olunacağı vaxta qədər öz mövqeyini yaxşılaşdırmalıdır. Moskvanın yeni dəhlizi rəqib deyil, özünün "Şimal-Cənub” dəhlizinə tamamlayıcı kimi görməsi lazımdır”.

Andriyevski ümid edir ki, Rusiyanın mümkün plyusu bu ola bilər ki, yekunda "Şimal-Cənub” dəhlizinin inkişafını sürətləndirsin, xüsusən də Hindistana qapılarının – Xəzərdə Olya limanının inşasını bərpa etsin.

Bundan başqa, istisna etmək olmaz ki, Ukrayna da İran layihəsinə qoşula bilər – uyğun təklif artıq edilib. Ukrayna Odessa limanları vasitəsilə yüklərin bir qismini öz üzərinə çəkə bilər. Tehran bununla dəhlizi gücləndirməyə, təkcə Cənubi Avropa bazarlarına deyil, həm də Ukrayna ərazisindən Şimali Avropaya çıxışı təmin etmyə çalışır. 

 Olqa Samofalova

Vzqlyad.ru




Oxşar Xəbərlər

Xəbər lenti