Rusiya necə zərərsizləşdiriləcək? - Qlobal faciəyə qarşı “YOL XƏRİTƏSİ”

Rusiya necə zərərsizləşdiriləcək? - Qlobal faciəyə qarşı “YOL XƏRİTƏSİ”

NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində fəallaşıb.

Publika.az Almaniyanın "Frankfurter Allgemeine Zeitung” nəşrinə istinadən xəbər verir ki, NATO-nun qorxuları ötən ilin mayında Rusiyanın sualtı gəmilərindən İŞİD terror qruplaşmasına zərbələrin endirilməsindən sonra daha da artıb.

"Rusiya hərbi dəniz gücünə, xüsusən sualtı gəmilərə ciddi sərmayələr qoyur”, - NATO-nun baş katibi Yens Stoltenberq ötən ilin sonunda bildirib.

O qeyd edib ki, Rusiya 2014-cü ildən sonra sualtı gəmini silahlanmaya qəbul edib. Stoltenberq həmçinin əlavə edib ki, sualtı gəmilərin fəallığı "soyuq müharibə” vaxtlarından bu yana rekord səviyyəyə çatıb.

Alman nəşrinin məlumatına görə, sualtı gəmilər Şimal buzlu və Atlantik okeanlarının üzərindən Aralıq dənizinə daxil olur və İŞİD-ə qanadlı raketlərlə zərbələr endirdikdən sonra Qara dənizə yerini dəyişdirirdilər.

Rusiyanın sualtı gəmilərinin yerdəyişməsi ABŞ, Böyük Britaniya və İspaniyanın təyyarələri ilə gəmiləri izləyirdilər. Ancaq ekspertlər hesab edirlər ki, Rusiya köhnə sualtı gəmiləri müasirləşdirib və buna görə də onları izləmək artıq daha çətin olub. Amerika KİV-ləri isə bildiriblər ki, ötən ilin noyabr və dekabr aylarında ABŞ-ın hərbi təyyarələri Rusiya sualtı gəmilərinə görə on dəfədən çox həyəcan siqnalı ilə havaya qaldırılıb.

Xatırladaq ki, ötən ilin son günlərində "Vaşinqton Post” ilə söhbətində NATO-nun sualtı güclərinin komandanı Endrü Lennon da bu barədə qorxularını ifadə edib. Onun sözlərinə görə, Rusiya ittifaqın sualtı infrastrukturuna olan marağını açıq-aydın göstərir.

Xüsusilə general qeyd edir ki, internetə çıxışı təmin edən və Atlantik okeanın dibindən keçən sualtı kabellər, həmçinin Avropa və Amerikada başqa kommunikasiyalar Rusiya tərəfindən qəsdən sıradan çıxarıla bilər.

Hərbi alyansa üzv ölkələrin hərbçiləri etiraf edirlər ki, məlumatların ötürüldüyü xətlərə zərər vurmaq və ya onlardan hər hansı üsulla istifadə etmək imkanını əldə etmək Kremlin arzusu ilə bağlı ola bilər. Hərbçilərin sözlərinə görə, Atlantik okeanının dibi ilə çəkilən kommunikasiya xətlərinin sıradan çıxarılması irimiqyaslı zərərlərə gətirib çıxara bilər.

"Siz bu kabellərə zərər vurulacağı üzrə ssenarini təsəvvür edə bilərsinizmi? Bu, faciəlidir və dərhal həm iqtisadiyyatımıza, həm də bütövlükdə həyat tərzimizə zərər vuracaq”, - Böyük Britaniya Hərbi-Hava Qüvvələrlərinin marşalı Stüart Piç bildirib.

"Frankfurter Allgemeine Zeitung” nəşri qeyd edir ki, Ukrayna böhranından sonra Rusiya NATO-ya üzv ölkələrin sərhədlərinə yaxın bölgələrdə genişmiqyaslı hərbi təlimləri keçirir və Rusiya hərbi təyyarələri ittifaq ölkələrinin hava məkanına yaxınlaşır. Gərginlik dənizdə də özünü göstərir. Xüsusən, vəziyyət Atlantik okeanın şimal hissəsində NATO bölmələrinə və texnikanın nəqlinə mənfi təsir göstərə bilər.

Təhlükənin ciddi olduğunu bildirən NATO əks addımlar atmağı planlaşdırır. Alyansa üzv ölkələrin müdafiə nazirlərinin ötən ilin noyabrında keçirilən müşavirəsində Atlantik okeanın şimal hissəsinin təhlükəsizliyi üçün vəsaitin ayrılması barədə qərar qəbul edilib. Bu ilin fevralında görüləcək işlərin bütün detalları uyğunlaşdırılacaq.

"İttifaqımız Atlantik okeanının hər iki tərəfində yerləşir. Bizə təhlükəsiz və açıq dəniz yolları lazımdır”, - Stoltenberq vurğulayıb.

O həmçinin sualtı gəmilərin izlənilməsinin effektivliyini yüksəltmək niyyətini ifadə edib.



Oxşar Xəbərlər

Xəbər lenti