Avropalı turistlər Azərbaycana niyə gəlmir? –Səfir “ölkəniz bizim vətəndaşlar üçün bahalıdır” dedi (TƏHLİL)

Avropalı turistlər Azərbaycana niyə gəlmir? –Səfir “ölkəniz bizim vətəndaşlar üçün bahalıdır” dedi (TƏHLİL)

 

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) turizm sahəsində növbəti bilğiləri açıqlayıb. Bu ilin əvvəlindən dünyanın 151 dövlətindən ölkəmizə 630 mindən çox əcnəbi gəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 12,4% təşkil edib.

 

Gələnlərin coğrafi strukturuna nəzər salsaq, turistlərin 27,4%-i Rusiyanın payına düşür. Gürcüstan 22,1%, İran 15,8%, Türkiyə 11,6%, BƏƏ 4,7%, Ukrayna 1,9%, İraq 1,8% təşkil edir. Digər ölkələrin vətəndaşları 14,6%, vətəndaşlığı olmayanlar 0,1% təşkil edib.

Fars körfəzindən olan turist axınında artım müşahidə olunur. Belə ki, 2018-ci ilin birinci rübündə 2017-ci ilin analoji dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 7,1 dəfə, Bəhreyn və Qətərdən gələnlərin sayı 2,7, Səudiyyə Ərəbistanı – 2,4, Oman- 1,9, İraq- 1,7, BƏƏ 1,3 dəfə artıb.

Ancaq İrandan turistlərin sayı 6,4% azalıb ki, bu da ekspertlərin fikrincə, qonşu ölkədəki iqtisadi vəziyyətlə bağlıdır.

Lakin hər şey sevindirici və müsbət deyil: rəsmi məlumatlara görə, Avropadan turist axını azalmaqda davam edir. Hesabat dövründə Azərbaycana 18 600 avropalı gəlib ki, bu da turistlərin ümumi sayının 2,3%-ni təşkil edir. Müqayisə üçün: sözügedən müddətdə ölkəmizdə 204 mindən çox MDB vətəndaşı olub.

Qonaqpərvər respublikamıza gələn turistlərin strukturunda bu cür azalmanın səbəbi nədir? Niyə Köhnə dünyanın sakinləri Azərbaycandan yan keçərək İspaniya və Türkiyədə dincəlməyə üstünlük verirlər?

Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas CBC telekanalına müsahibəsində bizim ölkədə turizm industriyasında vəziyyəti şərh edib, bu sahədə inkişafı ləngidən əsas problemlərə toxunub:

"Bakıya gələn avropalı turistlər 2,3% təşkil edir. Bu, çox kiçik rəqəmdir. Avropalıları cəlb etmək üçün ilk növbədə bu sahədə tarif siyasətini dəyişmək lazımdır. Aİ-dən Bakıya ucuz reys yoxdur. Avropalı ailələr üçün aşağı büdcəli turlar yoxdur. Bu ailələrin mühüm hissəsini təqaüdçülər təşkil edir. Birhəftəlik istirahət üçün 2-2,5 min avro xərcləmək onlara uyğun deyil. Ardıcıl olaraq, turizm biznesinə ikiulduzlu və üçulduzlu otellərin inşası üçün çoxlu investor cəlb etmək lazımdır.

Çünki turist Bakıya şəhərin görməli yerləri, milli mətbəxi ilə tanış olmağa gəlir, otel otağında oturub telekanalları izləməyə gəlmir. Azərbaycanda indiki servis orta statistik avropalı üçün çox baha başa gəlir”, – K.Yankauskas qeyd edib.

Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov Turan ilə söhbətində bu fikri genişləndirib. Onun sözlərinə görə, turist üçün istirahət marşrutu seçərkən əsas amillərdən biri xidmətə görə qiymətdir.

Bu planda Azərbaycan hələlik Türkiyə və Gürcüstandan geri qalır. Ona görə də Avropa və MDB-dən olan ailələrin çoxu üçün Bakıya turizm səfəri bahalıdır.

"Bu günlərdə gözümə maraqlı məlumat dəydi. Aviabiletlərin axtarışı və bronlaşdırılması üzrə Skyscanner adlı beynəlxalq servis araşdırma aparıb. Məlum olub ki, Bakıda iki nəfər üçün ikihəftəlik istirahət rusiyalılara 1602 dollara başa gəlir. Bir nəfərə bir sutka təxminən 100 manata başa gəlir ki, bu da Tbilisidə olduğundan iki dəfə bahadır. Ölkə regionlarında da istirahət ucuz deyil. Azərbaycanı büdcəyönlü turizmə aid etmək olmaz”, – B.Bilalov qeyd edib.

Ancaq nəzərə almaq lazımdır ki, dünya turizm bazarında rəqabət sərtləşir. Bu rəqabətə davam gətirmək üçün rəqiblərin təcrübəsini öyrənmək, sərfəli qiymətə yeni xidmətlər təklif etmək, müdrik, differensiallaşdırılmış qiymət siyasəti tətbiq etmək lazımdır. Bədbəxtlik bundadır ki, əvvəla, bizim ölkədə turizm mövsümi xarakter daşıyır, ikincisi, bu sahədə inhisar var. Bu amillər vəziyyətə mənfi təsir göstərir, sahibkarlar qiymət azalmasına getmirlər, ancaq mənfəət barədə düşünürlər. Turizmin inkişafı strategiyası dəyişməz qalır, real rəqabət mühitinin, kiçik və orta sahibkarlığın yaradılması böhran vəziyyətindədir. Əgər həm keyfiyyətli xidmət, yeni istirahət növləri, həm də qiymətlərlə bağlı müsbət dəyişiklik olmasa, əcnəbilər, eyni zamanda bizim vətəndaşlar digər kurortlarda və dəniz sahillərində istirahət üçün alternativ variantlar axtaracaqlar. (Turan)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}