8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Falçılıqla məşğul olduğu və 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov ATV-də yayımlanan "Bizimləsən” proqramının qonağı olub.
Sozcu.info axşam.az-a istinadən xəbər verir ki, verilişə eyni zamanda şikayət edən qızlar da gətirilib.
Ramil qızların şikayətinin yalan olduğunu deyib. O bildirib ki, qızlar ona şər atır:
"40 yaşım var, ailəli olmuşam. Şikayətçilər rəfiqədirlər. Onlardan biri ilə, şəkillər çəkdirdiyim xanımla sevgili olmuşam, yaşamışıq. Bir restoranlara getmişik, oranın kameralarında da əks olunub. O şəkilləri mən yox, özü çəkib. Valideynləri bilmirdi münasibətimizi. Mənim üstümə kimləri gətirib, özü yaxşı bilir. Burada ağızlarına gələni danışırlar.
Bundan başqa, görüşdüyümüz vaxt gündə bir oğlan zəng edirdi ki, onun borcunu qaytar. Niyə mən verməliyəm? Özü bilir ki, hansı "vor”lardır. Bölmədə izahat da yazmışam. Qanun-qayda var. Günahım olsa, cəzamı çəkəcəm. Məni hədələyirlər, amma mən şikayətçi olmadım. İş araşdırılır.
Birlikdə çəkdirdiyimiz fotoları da sosial şəbəkədə mən yerləşdirdim. Niyə onların üzləri bağlıdır, mənimki açık? Bütün videoları yayacam. Yaşadığım mənzildə kameralar var, evimə necə gəlib var. Qızın adı Arzudur, adını başqa deyir”.