11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Bu barədə "İnterfaks-Ukrayna” agentliyi Dövlət Fiskal Xidmətinə istinadən xəbər yayıb.
«Cari ilin yanvar-aprel aylarında Ukrayna $156,302 mln. dəyərində 298,34 min ton neft idxal edib. Miqdar ifadəsində artım ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 47,4%, pul ifadəsində - 68,8% təşkil edib. Azərbaycandan $146,022 mln., Əlcəzairdən $7,176 mln., İrandan $1,844 mln., digər ölkələrdən $1,259 mln. dəyərində neft idxal olunub», - deyə məlumatda bildirilir.
2017-ci ildə Ukrayna Azərbaycandan $376,877 mln. dəyərində neft idxal edib.