8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarixi təcrübə göstərir ki, fərdin, şəxsiyyətin, kollektivin, ümumiyyətlə cəmiyyətin mənəvi sağlamlığında, onların ümumi dünya görüşlərinin müsbətə doğru formalaşmasında elmiliyə, obyektivliyə, məntiqiliyə və dünyəviliyə əsaslanan, söykənən dövrü mətbuatın müstəsna dərəcədə əhəmiyyəti vardır. Bu baxımdan Azərbaycan satirik, yumoristik janrda mövzu olmuş dövrü mətbuat orqanları, məsələn, "Əkinçi” – nin, "Molla Nəsrəddin” – in, "Kirpi” – nin və bu qəbildən olan digər mətbuat orqanlarının, misilsiz rolu və xidməti olmuşdur. Yuxarıda adları çəkilən mətbuat orqanlarının və onların mahir yaradıcıları sayılan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əvəz Sadıqın, Qulam Məmmədlinin və başqalarının əməyi, xidmətləri daim milli iftixar, qürur hissi ilə xatırlanmağa layiqdir. Çünki, yuxarıda adları çəkilən mətbuat orqanları, onların baniləri qədirbilən Azərbaycan xalqının qəflət yuxusundan oyanmasında, mövhumatın, xurafatın, fanatizmin, fatalizmin, asketizmin, mistikanın mənfi təsirindən xilas olmasında, habelə obyektiv və ya subyektiv amillər nəticəsində baş verən zərərli meyillərdən uzaqlaşmasında misilsiz dərəcədə müsbət rol oynamışlar. Böyük Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər”i, dahi Mirzə Ələkbər Sabirin "Hop Hopnamə”si , bəşəri statuslu Uzeyir Hacıbəylinin "Arşın mal alan” – ı və digər ölməz sənər nümunələri fərdi, şəxsiyyəti və cəmiyyəti mənəvi aşınmalardan xilas olmasında əvəzsiz rol oynamışlar.
...Ədəbi janrlar içərisində saf, obyektiv tənqid və gülüş müstəsna dərəcədə tarixi əhəmiyyət kəsb edir.
Nə qədər insan var, cəmiyyət var, orada nöqsan da vardır.
...İctimai quruluşun xarakterindən, mahiyyətindən asılı olmayaraq orada nöqsan da mövcuddur. Bu bir növ təbii haldır.
...Təqdirəlayiq haldır ki, ənənəyə uyğun olaraq hazırki XXI əsrdə dünya qloballaşır.
...Yeri gəlmişkən, yaşadğımız hazırki müasir dövr elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından aşağıdakı tərifi vermək istərdik.
"XXI əsr bəşər tarixinə qloballaşma, inteqrasiya, onformasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı dövr, zaman kimi daxil olmuşdur” (tərif və kursiv bizimdir, Ə.Q)
Bu, bütövlükdə bəşər cəmiyyətinin inkişafına həm müsbət, həm də mənfi təsir gücünə malikdir. Həmin mənfi meyllər bir qayda olaraq obyektiv satira – tənqid və gülüş vasitəsilə aradan qaldırılmasına kömək edir. Bu nöqteyi – nəzərdən tanınmış, ünlü yazıçı, şair, publisist Məmməd Əfşanın uzun müddətli, gərgin əməyi nəticəsində işıq üzü görmüş "Kirpi” tv aylıq satirik jurnalı diqqəti xüsusilə cəlb edir. Jurnal 2018 – ci ildə nəşrə başlamışdır. İndiyə kimi jurnalın üç nömrəsi nəşr olunmuşdur.
...Bu yazımızda əsasən jurnalın 3- cü mart nömrəsi haqqında bəzi mülahizə və tövsiyə xarakterli təkliflərimizi vermək istərdik.
Budur, "Kirpi” tv adlı satirik – yumor jurnalının 3- cü mart nömrəi yazı masamızın üstündədir. Onu çox diqqətlə oxudum. Doğrudur, əvvəlki 1 və 2 – ci nömrələrini də oxumuşdum. 3 – cü nömrəni əvvəlkilərlə müqayisədə yəqinliyimi qətii olaraq bildirim ki, jurnalın 3 – cü nömrəsi daha orjinal, daha təkmil, mükəmməldir. Sarımtıl rəngdə olan jurnalın üz qabığında istadadlı, ustad, karikaturaçı, tanınmış rəssam Hafiz Nəsiroğlunun satirik planda nəşr olunmuş rəsm əsərləri verilmişdir. Çox düşündürücü və gülməli olan 1 – ci şəkildə əlində "səməni” tutmuş bir dazbaş, əynində yaşıl kofta, belində kəmər qısa dar balaq şalvar, ayaqlarında qarı ayaqqabıları olar bir kişi təsvir olunmuşdur. Onun qarşısında "kresloda” yayğın şəkildə bir kişi əyləşmişdir.
Şam yanan nimçədəki "səmənilər” ruşvət – "pullar” idi. Mətndə yazılmışdır:
-A keçəl, bu nədir gətirmisən?
-Tər səmənidir. Sizə göndəriblər...
Jurnalın arxa üzündə qlobusu qucaqlamış A.Sarkisyanın çox ciddi gülüş doğuran şəkli dərc olunmuşdur, təsvir edilmişdir. Armen Sarkisyan deyir:
Dənizdən dənizə bizimdir...
Bu şəkil də rəssam Hafiz Nəsiroğlunundur.
Ümumiyyətlə, jurnalda nəşr olunan bütün şəkillər Hafiz Nəsiroğlunundur.
...Bir daha qeyd edirik ki, junalın 3 – cü nömrəsi maraqlı və düşündürücüdür. Bu, oxucuda doğru – düzgün, obyektiv elmi – nəzəri, bədii təfəkkür aşılayır, təlqin edir.
Sevgili, əziz oxuyucular jurnalı alın, oxuyun, məntiqi nəticə çıxarın. Cəmi 12 səhifəlik, qiyməti isə 70 qəpikdir. Jurnalı pozitiv mənada müsbət xüsusiyyətləri ilə səciyyələndirən başlıca məqamlardan biri də müxtəlif siyasi, ictimai, iqtisadi cəhətlər ondan ibarətdir ki, müxtəlif mövzularda verilən yazılarda demək olar ki, məkr və qərəz yoxdur.
Gülüşün əsas və başlıca hədəfi karikaturalarda öz bədii inikasını tapmışdır. Jurnalın digər bir müsbət məziyyətlərdən biri də jurnalda çap olunan şerlər, poetik fikirlər mövzuda əhatə olunan fikirlərin, bədii şüur, bədii təfəkkür vasitəsilə müşayət olunmasıdır.
Bir daha qeyd etmək istərdik ki, müstəqil ölkəmizdə dünyəvi, hüquqi, demokratik dövlət, hümanist, sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyət quruculuğuna ən qiymətli töhfə olan bu jurnalın baş redaktoru Məmməd Əfşana və onun yaradıcı kollektivinə yeni – yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə,
Əsədulla Qurbanov,
Bakı Dövlət Universitetinin professoru,
fəlsəfə elmləri doktoru, "Qızıl qələm”
mükafatı laureatı, Azərbaycan jurnalistlər
Birliyinin üzvü