8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hökumətin bu siyasətinə qarşı çıxan bir çox ekspertlər isə, Ermənistanın şimal qonşusundan aldığı çoxsaylı imtiyazların əvəzində ona heç nə verə bilməyəcəyini və hətta vermək istəmədiyini bəyan edirlər
Görəsən Moskva İrəvanın nazı ilə niyə bu qədər oynayır?
Bu sual bu gün Rusiyanın siyasi dairələrində ən çox araşdırılan məsələlərdəndir. Səbəb isə budur ki, əksər şərhçilər rəsmi İrəvanın özünün şimal qonşusuna qarşı addımbaşı xəyanət etdiyini və bu xəttin bundan sonra da davam edəcəyini əminliklə təsdiqləyirlər. Bu mövzuda ən son müzakirələr isə, Rusiya və Ermənistan prezidentlərinin sentyabrın 8-də baş tutmuş görüşü zamanı Moskvanın öz protejesini ucuz qazla təmin etmək barədə boynuna götürdüyü öhdəlikdən sonra bir qədər də intensivləşdi. Belə ki, Paşinyan hökumətinin riyakarlığına əmin olmağa artıq bir neçə dəfə fürsətləri olmuş bir çox analitiklər Ermənistana verilən təbii qazın qiymətinin aşağı salınmasının da bu iki ölkə arasında möhkəm siyasi ittifaqın yaranmasına səbəb olmayacağını düşünürlər. Verdiyi müsahibələrdə Paşinyanın təbii qazın qiymətinin aşağı salınmasına dair Kremllə əldə olunmuş razılıq barəsində böyük minnət və nankorluq əks etdirən ifadələrlə fikir söyləməsi isə, ictimai rəyin bir qədər də kəskinləşməsinə səbəb olub.
"Novosti” informasiya agentliyi Paşinyandan sitat gətirərək yazır: "Prezidentlə görüşdə Rusiyanın bizə aşağı qiymətlə qaz verməsini biz çox yüksək qiymətləndirdik. Lakin mən bunu da qeyd etdim ki, istehlakçıları ilk növbədə onların bu qazı öz evlərində neçəyə alacaqları maraqlandırır. Mən korrupsiya risklərini istisna etmirəm”. Daha sonra Paşinyan elektroenerji tariflərində də narahatlıq üçün əsas verən bir çox məqamların olduğunu qeyd edib. Nəhayət bu günlərdə Rusiya Dəmir Yollarının Ermənistandakı törəməsi olan QSC-də 60 milyon dollarlıq korrupsiya hallarının "aşkar olunmasını” da nəzərə alsaq, Paşinyan hökumətinin açıq-aşkar Moskvaya meydan oxuduğu fikri ilə tam razılaşmaq olar. Məsələ bundadır ki, İrəvan özü bu gün korrupsiya hallarının hakimiyyətin ən üst qatlarına sirayət etdiyi ölkələrdən biridir. Qarşı tərəfdən olan bütün bu haqsız iradlar, "ikibaşlı” atmacalar isə, Rusiya ictimaiyyətində Ermənistana bu qədər iltizam və güzəştlərin verilməsinin özünü doğrultmadığına dair rəy formalaşmasını getdikcə daha da sürətləndirir.
"Qaz kökəsi”- tərəfdarları Avrasiya İqtisadi Birliyinə cəlb etmək üçündür
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkovun "Pravda.ru”-ya verdiyi müsahibədə dediyi kimi, hazırda AİB çərçivəsində Rusiyanın bütün tərəfdarlarına təbii qazın təxminən eyni qiymətə satılması məsələsi müzakirə olunur. Buna görə də ola bilsin ki, Ermənistan da bu yaxınlarda qazın 1000 kub metrini təxminən 130 dollara almaq imkanı əldə etsin. Qeyd edək ki, bu hazırda Rusiya qazının xarici alıcılar üçün müəyyən edilmiş ən aşağı qiymətidir. Aydındır ki, bu ticarətdə Rusiyanın iqtisadi mənfəəti minimumdur. Bütün bu güzəştlərdə yeganə məqsəd isə, tərəfdaşların AİB-ə siyasi inteqrasiyasını təmin etməkdir.
Əlbəttə, belə manevrlər artıq çoxdan bütün dünyada qəbul olunub və tətbiq edilir. ABŞ-ın özü də bir çox ölkələrə belə "kökə”lər paylamaqdadır. Lakin fərq bundadır ki, ABŞ "kökəsini” dadan heç bir ölkə öz himayədarının üzünə ağ olmağı ağlına belə gətirə bilməz. Ermənistan isə, rəsmi Moskvaya meydan oxumaqdan çəkinmir.
Dara, Spartak, Babək, ..., indi də Rusiya?
Ən azından, keçən ayın əvvəllərində rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etdiyi hücumları birbaşa Rusiyaya, eləcə də bu qurumun digər üzvlərinə qarşı yönəldilmiş təxribat kimi qiymətləndirmək olar. Hətta bir çox erməni siyasətçiləri belə, Ermənistan hökumətinin indiyədək misli görünməmiş səhv qərarlar qəbul etdiyini etiraf etməyə tələsdilər. Məsələ bundadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuriy Xaçaturovun cinayət məsuliyyətinə cəlb olunması ilə, rəsmi İrəvan bu qurumun nüfuzuna sarsıdıcı zərbə vurmuş oldu. Təbii ki, Xaçaturovun rəhbərlik etdiyi təşkilatın onsuz da nüfuzunun hansı səviyyədə olması özü də şübhəli bir məqamdır. Lakin bu tamam başqa bir müzakirənin mövzusudur. Baxdığımız halda isə, Paşinyan dediyimiz kimi, birbaşa Moskvaya meydan oxumuş oldu.
Bir daha qeyd edək ki, bütün burada ifadə olunmuş fikirlər Rusiynın müxtəlif kütləvi informasiya vasitələrində bu və ya digər formada səsləndirilib. Bu fikirlərə şərik olan şərhçi və ekspertlərin ortaq rəyləri isə ümumiləşdirilmiş formada belə ifadə olunub ki, Ermənistan istənilən halda Rusiya ilə NATO arasında baş verə biləcək hərbi münaqişənin geidişində özünün şimal müttəfiqinə heç bir dəstək verməyəcək. Bunun əvəzində isə, məhz Ermənistanın ümumi hava hücumundan müdafiə sisteminin sirlərini Qərbə sata biləcəyi ehtimalı həmin ekspertlər tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Əlbəttə ki, ermənilərin "keşməkeşli” tarixləri ilə tanış olan hər bir kəs onlardan istənilən an hər hansı bir xəyanəti gözləməlidir. Vaxtilə Daranı İsgəndərə, Spartakı romalılara, Babəki ərəblərə satan erməni niyə də bu gün Rusiyanı məqamı gələndə NATO-ya satmasın..?
E.Samioğlu,
Yeni Sözçü qəzeti