8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yüz illərdir ki, təhsil bəşəriyyəti arzu olunan istiqamətdə apara bilmir. Bəşəriyyəti düz yola qaytarmaq üçün təhsilin paradiqması düz seçilməlidir. İdarəetmədən tutmuş terminologiyaya qədər təhsil sisteminin hər yerində qüsurlar var”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, bu qüsurları düzəltmədən irəli getmək çətindir:
“Qüsurlar dərk olunduqda həllini tapar. Qüsuru qəbul etmək həllin yarısıdır. Ancaq nazirlərin bəziləri əvvəlki nazirlərin qüsurlarını düzəltmədən özü əlavə qusur yaradaraq vəzifədən gedir. Bu səbəbdən ilbəil qüsurlar çoxalır. Qüsurların düzəldilməməsi yeni qüsurun yaradılmasına bərabərdir. Nəzərə alınmalıdır ki, təhsildə qüsurlar millətə yox, düşmənə xidmət edir”.