Vaxtı keçmiş məhsullarla bağlı hansı tədbirlər görülür? – AİB SƏDRİ AÇIQLADI


Qanunvericilikdə yararlılıq vaxtı keçmiş ərzaq mallarının satışı qadağandır". Bu sözləri Sia.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

 

 

Onun sözlərinə görə, bununla bağlı olaraq hər hansısa marketdə vaxtı keçmiş məhsul tapılarsa həmin marketi minimum 1500 manat cərimə gözləyir. Yararlılıq vaxtı keçmiş məhsulların hərəkət aloqritmi aşağıdakı kimidir:

1.Yararlılıq vaxtı keçmiş mal ya dövlət orqanlarının təsiri və ya market sahibinin təsiri ilə satışdan çıxarılır.

2.Satışdan çıxarılan hər bir məhsul çıxarılaraq müəyyən bir yerə toplanılır.

3.Toplanılan məhsullar həmin malı gətirən distributerə qaytarılır.

4.Distributerdə ya onu başqa qablara tökür ya da həmin malın qiymətini və tarixini dəyişərək yenidən istehlakçıya yönəldir.

"Azad İstehlakçılar Birliyi 25 ildir ki, bu alqoritmi alt-üst etmək istəyir. Biz Qida Təhlükəsizlik Agentliyi yaranan vaxtdan təklif edirik ki, yararlılıq vaxtı keçmiş malları istehlakçıya deyil, birbaşa zibilxanaya tulanılmalıdır. Necə ki, Azad İstehlakçılar Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvü İbrahim İbrahimov və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt nümayəndəliyi son 2 ayda 200 tona yaxın vaxtı keçmiş ərzaq mallarının Sumqayıt paliqonunda məhv edib. Bu da Qida Təhlükəsizlik Agentliyi ilə Azad İstehlakçılar Birliyinin birgə səyi nəticəsində həyata keçirildi. Ancaq əsas səy istehlakçının özü sayəsində baş verdi. O şirkətsə "Sun Food" şirkətidir. Biz çağırırıq ki, "Sun Food" şirkətinə digər şirkətlər də qoşulsun və istehsal etdikləri məhsulun yararlılıq müddəti bitdikdən sonra o yenidən satışa çıxarılmasın. Çox təəssüf ki, bu problem hələ də qüvvədə olaraq qalır. "Sun Food" şirkətindən başqa heç bir şirkət bu fəaliyyəti həyata keçirmir. Bayaq qeyd etdiyim kimi həmin alqoritimlər hələ də qüvvədə qalır.

Azad İstehlakçılar Birliyi bu proseslərin əleyhinədir və mütləq bununla bağlı bir MMC yaradılmalıdır. Həmin MMC-də bütün mağazalardan vaxtı keçmiş məhsulları aradan qaldırıb, zibilxanaya atmalı və ya da başqa məqsədlə istifadə olunmalıdır. Mənim tanıdığım bir neçə insan var ki, onlar vaxtı keçmiş məhsulları pulla almağa hazırdılar. Çünki həmin insanlar bu məhsulları tamamilə başqa bir məqsədlə istifadə edirlər. Lakin biz görürük ki, vaxtı ilə keçmiş məhsulların son ünvanı biz istehlakçılar olur. Nazirlər Kabinetinin 94 saylı qərarının tələbləri yerinə yetirilsəydi biz böyük supermarketlər də açıq şəkildə konfet satışını görə bilməzdik. Hazırda marketlərdə konfetlər yeşiklərə doldurulur və satılır. Lakin onların yaralılıq müddəti var. Əminəm ki, ölkəmizdə fəaliyyət göstərən supermarketlərdə külli miqdarda vaxtı keçmiş konfetlər var. Təsadufi deyil ki, bizə gələn zənglərdə qeyd olunur ki, həmin konfet yeşiklərinin dibində qurd var. Qida Təhlükəsizlik Agetliyi yanlız qidanın təhlükəsizliyini təmin edir və keyfiyyət məsələsi isə ümumiyyətlə masanın üstündə qalır".

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}