Bu banklar bağlana bilər - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Bunlar “Premium Bank”, “Günay Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır. Ən çox azalma Pakistan bankında (28,5%), ən az azalma isə “Premum Bank”da (0,2%) qeydə alınıb.

Qalan 21 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (86,6%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (4.1%) qeydə alınıb.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri 70 milyon manatdan çox olub.

Qalan 21 bankdan 18-də əməliyyat gəlirləri 10-70 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub.

Qeyd edək ki, indiyədək ölkədə bi sıra banklar öz fəaliyyətini dayandırıb. Hazırda əməliyyat gəlirləri azalan banklar da bağlana bilərmi və ümumiyyətlə, ölkədə mövcud bankların sayı yetərlidir? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda institusional səviyyədə bank fəaliyyət göstərmir:

“Ancaq istehlak banklarına fokslanmış bir mühitdə yaşayırıq. İstənilən halda əgər əməliyyatlar azalarsa, dinamik olaraq əməliyyatların azalma tendensiyası davam edərsə şübhəsiz ki, son nəticə olaraq banklar konsolidasiyaya getməlidir. Ya da müflisləşməsini elan etməlidir. Çünki bunların gəlirləri məhz dövriyyədən, əməliyyatlardan, kapitalın normal şəkildə yerləşdirilməsindən ibarətdir”.

Ölkədəki bankların sayna gəldikdə isə ekspert qeyd etdi ki, insan sayı nisbətində, yaxud biznes mühitinin aktiv, makroiqtisadiyyatın tarazlı vəziyyətdə olmasında 26 bankın az olub-olmaması elə də bir göstərici deyil:

“Normal fəaliyyət göstəriləndə hər kəsin bir payı olur. Əgər biznes mühiti düşkün vəziyyətdə olarsa, postpandemiya dövrünə keçid ağır gedərsə, makroiqtisadi tarazlıq pozularsa, onda artıq indiki vəziyyətdə 26 bank Azərbaycan üçün çoxdur. Ancaq eyni zamanda da institusional bank siyasəti Azərbaycanda mövcud deyil”.



Oxşar Xəbərlər

Xəbər lenti