5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Dünya bazarında neft cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,4 % ucuzlaşaraq 1 bareli 87,28 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,36 % düşüb və 1 bareli 81,35 ABŞ dolları təşkil edib.
Ucuzlaşmaya Asiyada Ay təqviminə görə Yeni il bayramının qeyd olunması fonunda ticarət həcminin azalması səbəb olub. Hazırda bayramla əlaqədar olaraq, Çin, Honq-Konq və Cənubi Koreyada birjalar bağlıdır. Çin isə neftin ən böyük istehlakçılarından və idxalçılarından biridir.