Xaricdən telefon gətirsəniz, 36 faiz rüsum ödəyəcəksiniz!


Fevralın 15-dən xaricdən şəxsi istifadə üçün mobil telefon gətirənlər onu qiymətinin 36 faizini ödəməklə gömrükdə bəyan etməli olacaq. 

Sozcu.info xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu qərarın şəbəkə mağazalarının marağını müdafiə etdiyini deyib:

“Uzun müddətdir şəxsi istifadə üçün bir telefonun gətirilməsinə heç bir problem yox idi. İndi yeni problemlərin yaradılması ondan xəbər verir ki, hökumət və dövlət orqanları bazarda inhisarçı şirkətlərin maraqlarını müdafiə edirlər. Əslində isə vətəndaşların maraqlarını müdafiə etməlidirlər. Yəni fəlsəfi olaraq bu qərarın yanlış olduğu elə buradan görünür. 

Ölkəyə hətta şəxsi istifadə üçün belə telefonun gətirilməsini çətinləşdirmək o deməkdir ki, hamı getsin şəbəkə dükanlarından alsın və onlar pul qazansınlar. Qaydaların belə sərtləşdirilməsi, qeydiyyat rüsumlarının artılırması, şəxsi istifadə üçün gətirilən telefonlara belə vergi tətbiq edilməsi ancaq  o şirkətlərin maraqlarına xidmət edir”.

Ekspertin sözlərinə görə, dünyanın heç bir ölkəsində şəxsi istifadə üçün gətirilmiş məhsula görə əlavə vergi ödənmir:

“Bu qərar doğru deyil. Dünyanın hər yerində şəxsi istifadə üçün gətirilmiş mallara rüsum tətbiq olunmur. Bu hər yerdə belədir. 1 telefon, yaxud 1 kompüter şəxsi istifadə üçün nəzərdə tutulur, burada heç bir qazanc məqsədi yoxdur. Bu ticari məqsədlə gətirilən əmlak sayılmır. Çox təəssüf ki, Azərbaycanda vətəndaşların marağından deyil, inhisarçı şirkətlərin mazrağından çıxış edilir”.



Oxşar Xəbərlər

Xəbər lenti