ABŞ BAZASINDA TOQQUŞMA BAŞ VERDİ!

ABŞ BAZASINDA TOQQUŞMA BAŞ VERDİ!

 

Cənubi Koreyada THAAD gərginliyi: Bölgə sakinləri polislə toqquşdular

Sozcu.info xəbər verir ki, Cənubi Koreyanın Gyeongsang rayonundakı Seongju qəsəbəsində THAAD raket sisteminin inşa ediləcəyi bazaya avadanlıq daşınan zaman sakinlər və nümayişçilər ilə polis arasında toqquşma baş verib. Toqquşma zamanı etirazçıların yaralandığı bildirib.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat katibi Çoi Hun-su, narazılıqlardan sonra işlərin həftə sonuna qədər dayandırılacağını bəyan edib.

Yerli əhali yemiş əkinçiliyi ilə tanına sakit qəsəbədə ABŞ bazasının qurulmasını istəmir.

THAAD nədir?

THAAD (Terminal High Altitude Area Defense) sistemi atmosferdən yüksəkdəki kiçik və orta radiuslu raketlərin hücumunun qarşısının alınması üçün nəzərdə tutulub. Vaşinqton ilə Seul bu silahın tədarükü barədə hələ 2016-cı ildə razılaşma əldə ediblər. Bununun səbəbi kimi isə Şimali Koreya raketlərinin Seul üçün təhdid olduğu göstərilib.

Radarların və digər avadanlıqların daşınması bundan əvvəl də yerli əhali ilə polis arasında gərginliyə səbəb olmuşdu. Cənubi koreyalılardan başqa, THAAD sistemlərinin yerləşdirilməsi məsələsində bəzi hüquqi maneələrin də mövcud olduğu bildirilir.

Qısa və orta mənzilli raketləri radar sistemi sayəsində müəyyən edərək, bu raketləri düşmə mərhələsində məhv edən raketlər atan THAAD sisteminin 200 kilometr uzaqlığına və 150 km yüksəkliyə raket atmaq qabiliyyəti var.




Oxşar Xəbərlər

Xəbər lenti