Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları
Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların dayandığını siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın çoxu başa düşür. Nəinki başa düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə qaldırdığı yumruğunu azadlığın təkrarsız simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil etməyi bacarır. Amma illərdir ölkənin siyasi arenasında baş girləyib, aqressiv və təkrarçı ritorikalarını cəmiyyətə "siyasi intellekt nümunəsi” kimi sırımağa çalışan antimilli və dağıdıcı müxalifət təmsilçiləri ən adi reallıqları belə görmək istəmir, yaxud görə bilmirlər.
Fikrimizi arqumentləşdirmək üçün yaxın siyasi tariximizin dərinliklərinə dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin son 15-16 il ərzində regionda və dünyada baş verən proseslərə münasibətini və nümayiş etdirdikləri davranışı yada salmaq yetərlidir.
16 il öncə Azərbaycanın radikal müxalifətinin də ilhamlandığı və az qala bayram kimi qeyd etdiyi Gürcüstandakı "qızılgül inqilabı”ndan sonra cərəyan edən prosesləri, yəqin ki, hər kəs yaxşı xatırlayır. Yaxud Ukraynada "narıncı inqilab" ssenarisinin reallaşdırıldığı dövrdə bizim radikalların orada baş verənlərin eynilə təkrarlanmasına çalışdıqlarını, Ukraynadakı ilə oxşar adda partiyalar bloku qurduqlarını, müəyyən şəxslərin Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən özünə güzəran düzəltdiyini də hamı bilir. Ukraynadan Qırğızıstana qədər postsovet məkanını bürümüş "rəngli inqilab”ların çox keçmədən narıncıdan sarıya doğru necə metamorfozaya uğradığının, əvvəl "narıncılaşmanın”, sonra da "saralmanın” bu ölkələr üçün hansı insani, maddi və ərazi itkiləri ilə yekunlaşmasının şahidi olduq.
Radikal müxalifət 2010-cu illərin başlanğıncında start götürmüş "ərəb baharı”ndan da vəcdə gəlmişdi. ”İnqilab baharı” mövsümünün Yaxın Şərqdə yüz minlərlə günahsız insanın qətlinə, milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin mədəni sərvəti olan unikal tarixi abidələrin dağıdılmasına, terrorizmə rəvac verməsinə laqeyd qalan azərbaycanlı "inqilab idxalçı”ları bu dəfə də vaxtından əvvəl sevinməyə başlamışdı. Onların hətta Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru olmuş faciəni andıran hadisənin 2013-cü ildə Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz keçirdiklərini təsvir etmək sözün imkanları xaricindədir. Sanki söhbət özünü yandıran insandan deyil, inqilabı körükləmək üçün tələb olunan adi bir əşyadan gedirdi.
Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması üçün bizim radikal antimilli dairələr gecə-gündüz sosial şəbəkələrdə, internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində hansısa əhəmiyyətsiz sosial problemin dayandığı istənilən faktı "dəhşətli hüquq pozuntusu” kimi qələmə verir, müsəlman Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən geridə qalmış cəmiyyətlərlə müqayisə etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət tapıb vaxtilə "azadlıq uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqları "ərəb baharı”nın göz önündə olan qanlı nəticələrindən danışmır və bətnindən terrorizm, İŞİD kimi ən dəhşətli terror bəlası doğuran prosesləri təbliğ etdiklərinə görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.
Bəzi faktlara baxaq. "İnqilabi mövsüm” qurbanı olan ölkələrdən Liviyada yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə görə 50 mindən çox insanın həyatına son qoyulub. Bəzi mənbələrdə isə daha 30 min insanın itkin, 750 minə yaxın şəxsin qaçqın düşdüyü bildirilir. Suriyada baş verənlər isə 2015-ci ilin statistik göstəricilərinə görə 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər isə öz evindən didərgin düşüb. 2011-ci ildən sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən kütləvi insan ölümlərini artıq heç kim hesablamır. Çünki günahsız insanların qətlə yetirilməsi, terror bu ölkələr üçün adi hala çevrilib. Viranə qalmış, terror qruplarının meydan suladığı bu ölkələrdə insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin regional separatizmi ölkəni real parçalanma təhlükəsi qarşısında qoyub, vətəndaş müharibəsi səngimək bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar ölkədəki münaqişəsinin dərinləşməsinə xüsusi "töhfə” verirlər. Suriyada baş verənləri isə Azərbaycan mediası kifayət qədər geniş işıqlandırdığından burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı maarifçilərin "Böyük Suriya” idealının, XX əsrin əvvəllərində və ortalarında reallaşdırılmasına təşəbbüs göstərilən panərəbizm layihələrinin necə dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində necə parçalandığını, xarici hərbi birləşmələrin ölkədə necə söz sahibi olduqlarını xatırlatmağa lüzum görmürük. Çünki bunları Azərbaycan inqilabçılarının ideoloqu "görkəmli tarixçi professor” Cəmil Həsənli və onun "müzəffər inqilabçı lideri” Əli Kərimli bilməmiş deyil.
Sonrakı illərdə - 2017-ci ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca müsəlman azlığına qarşı qətliamlarla əlaqədar alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti üçün növbəti analogiyalar üçün bəhanə açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə görə Myanmada sabitliyin pozulacağına səbəb olan hadisələr baş verir, amma bizim ölkəmizdə xalq yatıb, sabitlik pozulmur ki pozulmur.
2019-cu ilin aprelində Sudanda baş verən genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil Həsənli-Əli Kərimli düşərgəsinin əsas müzakirə mövzusu aksiyaları Xartumdan Bakıya necə transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda guya soyqırım törədilməsi haqda sübut edilməmiş, sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də təkzib edilmiş iddialarla başlayıb, Cənubi Sudanın ölkədən qoparılması ilə nəticələnmiş hadisələrin davamı olduğu hər kəsə bəlli idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə də, əsas təbii sərvətlərin istismarına başlamaq üçün açar rolunu oynayan ərazilər uğrunda mübarizə hələ bitməyib.
Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli adlar altında ixrac olunan inqilab "ssenari”lərinin nə qədər dəhşətli nəticələrə gətirib çıxardığının bariz nümunələridir. Amma Azərbaycanın dağıdıcı müxalifəti, adını çəkdiyim professor və onun rəzil lideri bütün bunlardan nəticə çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın təhlükəsiz bir şəraitdə yaşamasının nə qədər vacib olduğunu dərk etmək istəmir.
Radikal antimilli müxalifət həmişə olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki zorakı hakimiyyət dəyişikliyini "İnqilabi təbliğat” məqsədilə istifadə edir, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə ruhlanır. Ölkələr arasında fərqləri nəzərə almadan "bunlar bizdə də baş verməlidir" kimi yanlış ümidlərə qapılır, sosial bazalarını da bu ovqata kökləmək istəyirlər. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır.
Müşahidələr göstərir ki, beynəlxalq qlobal media şəbəkələrinin Azərbaycandilli resursları da həmin prosesləri müxtəlif aspektlərdən geniş işıqlandıraraq antimilli müxalif qrupları ideoloji baxımdan "təlimatlandırır” və təşviq edir. Sonradan "Azadlıq” qəzeti, "Azərbaycan saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və sosial səhifələr mövzunu Azərbaycan üzərində fokuslayır. Budur, müxalifətə başçılıq edənlər indi də öz təfəkkür səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər üçün analogiya axtarışlarının növbəti predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı nümunə seçiblər. Bu həftənin əvvəllərində Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu kontekstdə təqdim edilməkdədir. Amerika qitəsində yerli qırmızıdərili əhalini təmsil edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər əldə etməsi, "evonomika” adı verilən xüsusi iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta aylıq əmək haqqı göstəricilərinin dəfələrlə artması, 2017-ci ildə bu göstəriciyə görə bəzi Şərqi Avropa ölkələrini belə geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil edən qırmızıdərililərin dini-mədəni və sosial hüquqlarını qorumaq üçün hansı mühüm addımlar atmasından qətiyyən bəhs edilmir. O cümlədən də, hazırda Boliviyada hakimiyyəti zəbt etmiş "inqilabi liderin” irqçi ağ liderlərdən biri olması, ona separatçı regionlar tərəfindən necə dəstək verilməsi Azərbaycan müxalifəti tərəfindən bilərəkdən gizlədilir. Bu uzaq ölkədə cərəyan etməkdə olan hadisələrin nəticəsi bir yana qalsın, özlərinin "demokratiya”, "hüquqi dövlət” tərəfdarı olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli düşərgəsi, hətta baş verənlərin mahiyyətinə nəzər salmağı belə bacarmırlar. İnsan ölümləri və hərbçilərin siyasi proseslərə müdaxiləsi ilə müşayiət olunan dövlət çevrilişi "ərəb baharı”nda olduğu kimi yenə də eyni entuziazmla təbliğ olunur. Çünki radikal müxalifət təmsilçiləri üçün öz korporativ maraqları və onları idarə edənlərin sifarişlərindən başqa müqəddəs heç nə yoxdur.
ABŞ Konqresinin Nümayəndələr Palatası "erməni soyqırımı” ilə bağlı sənəd qəbul edəndə "Vətən”, "Dövlət”, "Millət” hayqıran Cəmil Həsənli-Əli Kərimli düşərgəsindən səs çıxmadı. Dağlıq Qarabağdakı separatçı rejimin başçıları Konqresdə görüşlər keçirəndə onlar Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə məşğul idilər- budur bunların "vətənpərvərliyi”, "milli təəssübkeşliyi”, dövlət və millət "qayğısı”.
Görünən odur ki, radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə boş və mənasız kampaniya təşkil etmək, qarayaxma ilə məşğul olmaqdan o yana keçmir, cılız, qorxaq olduqları qədər də ambisioz və hikkəli davranışdan başqa ortaya heç nə qoya bilmirlər.
Gözləyək görək, Boliviyadan sonra harada nə baş verəcək.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor
Oxşar Xəbərlər
Saxta siyasi mühacirlər: Əməlləri üzə çıxır, deportasiya olunurlar - AKTUAL
Bakı yenidən üzünü Qərbə çevirir
Növbədənkənar parlament seçkiləri reallaşır
İran böyük dəyişikliyin astanasında; İnqilabi proses Rusiya, Qafqaz və Yaxın Şərqə təhlükədir - Təhlil
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir