Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Qarabağ zəfərinin bir ili: Nələr qazandıq?
27 sentyabrda başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində II Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabrda şanlı qalibiyyətlə bitən Vətən Müharibəmiz, 30 ilə yaxın qəlblərdə kök salmış Qarabağ acısına və yanğısına bir məlhəm oldu. Biz, artıq qürurla deyirik ki, o torpaqlar yenidən öz sahiblərinə geri dönüb.
Bununla da biz bütün dünyaya Azərbaycan ordusunun rəşadətini, cəsurluğunu, vətənpərvərliyini, məğlubedilməzliyini sübut etdik. Onların cəsarəti və döyüş meydanında göstərdikləri şücaət nəticəsində Azərbaycan bu gün qalib ölkədir.
Döyüş meydanında əsgərlərimizin, diplomatiya arenasında isə Ali Baş Komandanın həm hərbi, həm də siyasi müstəvidə verdiyi qərarlar sözsüz ki, təqdirə layiqdir. O, dünyanın bir çox xarici mətbuat nümayəndələrinə vermiş olduğu çoxsaylı müsahibələri ilə malik olduğu siyasi və hərbi sahələrdəki bilikləri, eləcə də yüksək təfəkkürü ilə hər kəsi heyran etdi. Tək bir kəlməsi ilə bütün Azərbaycan xalqının sevgi və məhəbbətini hiss edərək bir yumruq kimi birləşməmizə nail oldu. 44 gün davam edən savaşda 5 şəhər, 4 qəsəbə və 286 kənd mənfur düşmən işğalından azad olundu. 44 gün davam edən Vətən müharibəsi, onun aparılma taktikası və döyüş texnikası, eləcə də qəhrəman Azərbaycan əsgərinin göstərmiş olduğu şücaəti hələ uzun illər danışılacaq, öyrəniləcək və örnək göstəriləcək. Hansı ki, dünyanın bir çox dövlətləri hazırda Azərbaycanın 44 günlük zəfər yolu tarixçəsini araşdırır və öyrənir.
Şanlı ordumuzun 8 noyabr tarixində Azərbaycanın qəlbi, qədim mədəniyyət ocağı sayılan Şuşa şəhərini işğaldan azad etməsi müharibənin qalibiyyət sevincini daha da yaxınlaşdırdı. Ona görə ki, Şuşa Azərbaycan xalqının bir neçə əsirlik mədəni irsinə malik mədəniyyət ocağı olmaqla bərabər, həm də çöx böyük strateji əhəmiyyət kəsb edən bir şəhərdir. Təsadüfi deyil ki, məhz Şuşa Qalasının fəth edilməsi ilə mənfur düşmən məğlubiyyətini qəbul etdi. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır”.
Müzəffər ordunun Ali Baş Komandanı Azərbaycan silahlı qüvvələrinin zəfər yürüşünü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, işğalçılıq siyasətinə son qoydu və Cənubi Qafqaz regionunun yeni formatda təqdim olunmaqla gələcək inkişafı üçün hüquqi zəmin yaratdı. Bundan sonra, artıq Azərbaycanaın yeni dövrü başladı. Dövlətimiz regionda öz geosiyasi gücünü göstərərək, söz sahibi olduğunu bir daha bəyan etdi.
10 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq, keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilib. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, Azərbaycanın əzəli və əbədi torpaqları olan Kəlbəcər, Ağdam, Laçın rayonları qan tökülmədən, şəhid verilmədən işğaldan azad olundu. Bu başda cənab prezident olmaqla, dövlətimizin siyasi qələbəsidir.
Şübhəsiz müharibə hər zaman ağrı və acının təcəssümüdür, amma haqlı savaş meydanında qələbinin sevincini yaşamaq bu ağrının üzərinə bir məlhəm olur. Əsirlər boyu Azərbaycan xalqı öz torpaqları uğrunda savaşmış, şəhidlər vermişdir. Biz bunu 90-cı illərdə də gördük, indi də. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyiblər, biz də bu şərəfli yolda can qoymuş şəhidlərimizə borcluyuq, onların ruhları qarşısında baş əyirik.
Vətən müharibəsi zamanı etdiyi bütün çıxışlarında, xalqa müraciətlərində Prezident müharibədə müasir texnikadan istifadə olunsa belə, hər bir kəndin, hər şəhərin alınmasında əsgər və zabitlərin qəhrəmanlığını xüsusi qeyd etmişdi. Hansı ki, şəhidlərimiz, qazilərimiz, bu torpaq uğrunda canın keçməyə hazır olan bütün zabit heyətimiz, oğullarımız, qızlarımız, qardaşlarımız, bacılarımız olmasaydı biz bu qələbəni əsla əldə edə bilməyəcəkdik.
Vətənin hər qarışını sevən, qanı və canı bahasına qoruyan Azərbaycan ordusunun bütün dünyaya nümayiş etdirdikləri qəhrəmanlıq səlnaməsi tarixlərə yazılacaq və gələcək nəsillərə örnək olacaq bir addımdır.
Mövzu ilə bağlı “Yeni Sabah”la fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov bildirib ki, Zəfər Günü ilə bağlı tarixə yaxınlaşdıqca, eləcə də 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın bir illiyi tamam olduqca regionda ciddi geosiyasi proseslər cərayan edir:
“Bəzi mənbələrdə, əsasən də, erməni mənbələrində biz gördük ki, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı təhrif etmək istiqamətində bir sıra təşəbbüslər göstərilir. Bəzən həmin bu birgə bəyanatı atəşkəs razılaşması kimi, qələmə verirlər, lakin bu tamamilə yanlışdır. Xatırlamaq lazımdır ki, müharibənin gedişində üç dəfə humanitar atəşkəslər elan olunmuşdu, lakin Ermənistanın müharibəni davam etdirməsi istiqamətindəki addımları, Azərbaycanın dinc yaşayış məntəqələrini roket atəşinə tutması nəticəsində müharibəyə son qoyulmamışdır”.
Politoloq əlavə edib: “Beləliklə də, 10 noyabr tarixində Ermənistanın Baş naziri, Azərbaycan və Rusiya Prezidentləri arasında imzalanmış bəyanat həm müharibəyə son qoymuş, həm də yeni geosiyasi reallıqları özündə əks etdirmişdir.
Belə ki, 9-cu maddə regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasını ehtiva edir. Təəssüflər olsun ki, hələ ki, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizində tikinti-quruculuq işlərinə başlanılmayıb, lakin bu istiqamətdə fəaliyyət davam etdirilir.
Cari ilin 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli birgə bəyanat, məhz elə 9-cu maddənin ardıcıl davamıdır və bu bəyanat sayəsində işçi qrupu formalaşdırılıb və onların həm Moskvada, həm də onlayn formatda görüşləri keçirilib. bu görüşlər zamanı mühüm məsələlər müzakirə olunub, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı detallar masaya yatırılıb”.
İ. Hüseynov Azərbaycanın hərbi qələbəsinin sirrini öyrənmək istəyən ölkələrin bu sahədə olan maraqlarını şərh edərkən deyib:
“Digər tərəfdən ölkəmizin beynəlxaq mövqeyi çox güclənib. Biz bunun şahidi oluruq ki, dünyanın aparıcı beyin, hərbi-tədqiqat mərkəzlərində bu zəfəri təhlil edirlər, onun siyasi motivlərini, hərbi aspektlərini dərindən öyrənməyə çalışırlar. Postsovet məkanında bu təcrübəni öyrənməyə meyl göstərən Gürcüstan, Moldova və Ukraynanın çox böyük canfəşanlıq etməsi müşahidə olunur. Hətta Ukrayna tərəfi “Bayraktar TB-2” PUA-larını əldə edibdir və Ukraynanın cənub-şərqində, artıq uğurlu əməliyyatlar da həyata keçirilib.
Bütün bunlar onu göstərir ki, Azərbaycnaın keçdiyi zəfər yolu uğurludur və hamını maraqlandırır. Hətta Qərbi Avropa, Mərkəzi Asiya ölkələrində yeni geosiyasi formasiyanın başlanğıcının əsasını qoyan, məhz Azərbaycandır”.
Siyasi analitik bildirib ki, Azərbaycanın qazandığı qələbədən sonra Türkmənistanla mübahisəli “Kəpəz yatağı” da öz həllini tapdı:
“İki ölkə arasında saziş imzalandı və türkmən tərəfinin “Sərdar”, Azərbaycan tərəfinin isə “Kəpəz” adlandırdığı yataq, artıq yeni adıyla “Dostluq” yatağıdır. Bu həm də, imkan verir ki, gələcəkdə bu yataqdan hasil olunan qazın Cənub Qaz Dəhlizi vasitəsiylə qərbə nəqli araşdırılsın. Türkmənistanın özünün təbii qaz ehtiyatları vasitəsiylə qərbə çıxış üçün Azərbaycan tranzit yolunu oynaya bilər. Mühüm geosiyasi bir üstünlük Azərbaycanın tranzit imkanlarını artırır və geoiqtisadi cəhətdən də, ölkəmizin “hub”a (qovşağa –red.) çevrilmək imkanları bu gün Azərbaycan üçün çox genişdir. Çünki işğaldan azad olunan ərazilərdə nəqliyyat yükdaşımaları planları var və Zəngəzur dəhlizi bunun da tərkib hissəsidir”.
“Digər tərəfdən karbohidrogen ehtiyaların nəqli üçün də, Azərbaycan öz ərazilərini geniş anlamda Mərkəzi Asiya ölkələrinə təklif edir, çünki gələcəkdə Qazaxıstanın da imkanlarından burada istifadə oluna bilər.
Ümumilikdə, ölkəmizin nüfuzu çox artıb, dünya azərbaycanlılarının bu gün başı dikdir, qürurludurlar, məğrurdurlar, çünki 30 ilə yaxın işğalda qalan torpaqlar əsgər və zabit heyətimizin syaəsində işğaldan azad olunub və bu qələbə Müzəffər Ali Baş Komandanın müdrik siyasəti və mahir diplomat olması sayəsində mümkün olmuşdur”, - deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Rafi Müslümov
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə” istiqaməti üzrə hazırlanmışdır.
Oxşar Xəbərlər
İlham Əliyev: "
Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan
İlham Əliyev:
Müstəqilliyimizin böyük xilaskarı, qüdrətli Ali Baş Komandan
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək