Azərbaycan- AŞPA əlaqələrinin yenidən bərpası gözlənilmir - AKTUAL

Xəbər verildiyi kimi, Azərbaycanın AŞPA-dakı nümayində heyəti öz fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bu qərar Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli münasibətinə cavab olaraq atılıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə, yəni 22 yanvarda ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənib.

Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması” kimi qiymətləndirərək qərəzli çıxışa imza atıb.

Millət vəkili Fəzail Ağamalı “Cebhe.info”-ya bildirib ki, AŞPA-da qış sessiası başlayandan bəri bu qətnamənin qəbul olunacağı gözlənilən idi:

“Beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli davranışlarının növbəti nümunəsidir. Bu qətnamədən öncədə Avropa Birliyi ölkəmizə qarşı sənədlərin qəbuluna çalışıb. Hər zaman Ermənistanı müdafiə edərək Azərbaycana təzyiqlər ediblər. AŞPA-da ölkəmizin ərazi bütövlüyünün bərpa etməsini həzm edə bilməyib. 24 saatlıq antiterror əməliyyatında sonra isə daha da azğınlaşaraq ölkəmizə qarşı sərt bəyanatlar, qətnamələr və yalan məlumatlar verərək ölkəmizi hədəfə alıbdır. Lakin ölkəmiz bütün təzyiqlərə baxmayaraq öz suveren hüquqlarından istifadə edərək ərazi bütövlüyünü bərpa edib”.

Millət vəkili bildirib ki, ölkəmizə qarşı sərgilən gərəzli mövqeyin arxasında Fransa dayanır:

“Qəbul etmiş bütün qətnamələrin arxasında Fransa, bəzi avropalı ermənipərəst millət vəkilləri dayanır. Bütün bəyanatlar ölkəmizə qarşı yönəlmiş əsası olmayan saxta qətnamələrdir. Lakin bütün olanlara baxmayaraq, Azərbaycan bildirdi ki, bizə qarşı yölənmiş hər hansısa ədalətsiz mövqelər sərgiləndiyi zaman, ölkəmiz AŞPA-nın işində iştirak çıxış etməyəcək. Çox doğru, yerində atılmış addım idi”. Millət vəkili qeyd edib ki, ölkəmizin AŞPA ilə yaxın zamanda əlaqələrini yenidən bərpa edəcəyi gözlənilmir: “Avropa Şurası Parlament Assambleyasında hazırda ölkəmizə qarşı çox sayda millət vəkilləri var. Onlar olduğu zaman əlaqələrin yenidən isinməsini gözləmək bir az çətindir. Lakin ölkəmizə qarşı qərəzli mövqelərə son qoyularsa, o zaman ölkəmizə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Lakin belə davam edəcəkləri halda ölkəmizə hər hansısa bir ağır təsirinin olacağı gözlənilmir. Necə deyərlər “xoruz banlamırdı, səhər açılmırdı?!”



Oxşar Xəbərlər

Xəbər lenti