Pakistandan Azərbaycanla bağlı açıqlama

Sozcu.info xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə 11-12 iyul tarixlərində İslamabada rəsmi səfər edəcəyini və ölkələr arasında bir sıra müqavilələrin imzalanacağını bəyan edib.
XİN-in açıqlamasında səfər çərçivəsində Azərbaycan liderinin Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif ilə görüşəcəyi qeyd edilir.
Məlumatda deyilir: "Tərəflər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə qarşılıqlı maraq doğuran sahələrdə genişmiqyaslı müzakirələr aparacaqlar. Səfər çərçivəsində bir neçə müqavilənin və qarşılıqlı anlaşma memorandumlarının imzalanması gözlənilir. Pezident Əliyevin səfəri iki ölkə rəhbərlikləri səviyyəsində fəal əməkdaşlıq və dialoqun göstəricisidir".



Oxşar Xəbərlər

Xəbər lenti