İlham Əliyevi çox sevirik - Tovuzlular, Şəmkirlilər...

İlham Əliyevi çox sevirik - Tovuzlular, Şəmkirlilər...

 Müstəqil Ekspert Qrupumuz böyük fəaliyyətini davam etdirir. 

Qrupumuz Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonlarında, Şirvan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində, Qəbələ, Ağdaş, Ağstafa, Qazax rayonlarında 240-a qədər seçki məntəqəsində və onların ərazilərində müşahidələr, monitorinqlər və sorğular aparıb. Yuxarıda sadaladığımız şəhər və rayonlarımızdan sonra Tovuz və Şəmkir rayonlarında olduq. 

Ümumilikdə 30-a yaxın seçki məntəqələrində apardığımız müşahidələrimiz göstərdi ki, Tovuz və Şəmkir də prezident seçkilərinə tam hazırdı.

Seçki məntəqələrinin ərazilərində apardığımız sorğularımız göstərdi ki:

1. Seçkidə iştirak etmək istədiyini bildirən seçicilərin 98,5%-dən çoxu İlham Əliyevə səs verəcək.

2. Sadə insanların məmurlara etimadı azalıb.

3. İnsanların məmurlara etimadı azalsa da, Prezident İlham Əliyevə etimadı artıb.

4. İnsanlar gözləyirlər ki, seçkidən sonra Prezident İlham Əliyev böyük kadr islahatları keçirəcək.

5. İnsanlar gözləyirlər ki, seçkidən sonra Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində böyük dönüş yaradacaq.

6. Hamı istəyir ki, gənclərin hamısı işlə təmin edilsin.

7. Xalq istəyir ki, onlar məhsullarını azad şəkildə bazara çıxarıb sata bilsinlər.

8. Hamı istəyir ki, torpaqlarını əkib-becərməyə imkanları olsun.

9. Hamı istəyir ki, banklardan aşağı faizlərlə kreditlər götürə bilsinlər.

10. Hamı istəyir ki, torpaqlarını əkib-becərmək üçün ucuz qiymətə mini kənd təsərrüfatı maşınları ala bilsinlər, yaxud da ucuz qiymətə mini maşınları icarəyə götürə bilsinlər.  

11. İnsanlar inanırlar ki, prezident seçkisindən sonra İlham Əliyev onların bütün problemlərini həll edəcək.  

 

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd



Oxşar Xəbərlər

Xəbər lenti