Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO

Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən, İsayev Rüstəm Əyyub oğluna məxsus “Halal market” ərzaq mağazasında yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, mağazada sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş uşaq qidaları və kərə yağı məhsulu aşkar olunub.
Belə ki, təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Oxşar Xəbərlər

Xəbər lenti