Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb.
Bu barədə Sozcu.info-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib: "Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq".
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.


Oxşar Xəbərlər

Xəbər lenti