Vaxtından əvvəl pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ!

“Bəzən vətəndaşlar yanlış olaraq, hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir".
Sozcu.info xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.
""Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - deyə direktor qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti