AFFA və TFF futbolçuların legioner sayılmaması ilə bağlı danışıqlar aparır

Türkiyə və Azərbaycan futbol federasiyaları arasında oyunçuların legioner sayılmaması ilə bağlı danışıqlar davam edir.
Sozcu.info saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Məmmədov bildirib ki, bu məsələ davamlı olaraq müzakirə olunur: “Dövlətlər arasında müvafiq sazişlər imzalanır. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilirik. Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir. Söhbət təkcə futbolçudan getmir. Əmək müqaviləsi statusu və digər məsuliyyətlər də var. Yəni hüquqi baza da dəyişməlidir. Biz futbolçumuzun Türkiyədə, onların oyunçusunun isə bizdə yerli statusda oynamasına sevinərik”.
Qeyd edək ki, 2004-cü ildə əldə olunan razılığa əsasən Azərbaycan futbolçuları Türkiyənin 1-ci liqasında legioner sayılmır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}