Roza Zərgərli və oğulluğu dövləti aldadıb? - Videofakt


Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsi müzakirələrə səbəb olub.

Ailəsinin maddi imkanının yüksək olduğu halda, gənc aktyora ev verilməsi tənqidlərə tuş gəlib. Corc Qafarov isə açıqlama yayaraq ev məsələsinə aydınlıq gətirib. Corc Roza Zərgərlinin onu rəsmi olaraq övladlığa götürmədiyini və ona ev almadığını bildirib.

Hurriyyet.az xəbər verir ki, 2019-cu ildə “5-də 5” proqramında qonaq olan müğənni övladlarına ev aldığını açıqlamışdı.

Verilişdə qonaq olan Corc Qafarov da anasının ona ev aldığını, qardaşı ilə özünün həmin evdə yaşadığını bildirmişdi:

“Evim var, ayrı yaşayıram. Evimiz iki otaqlıdır. Qardaşımla mən qalırıq. Evi anamla biz almışıq, birlikdə almışıq”.

Sözügedən proqramda Roza Zərgərli oğlunun digər evinin Xırdalanda yerləşdiyini deyir:

“Evi Corcun indiki atası alıb. Mən milyonlar qazanmıram. Corcun özünün də maliyyə dəstəyi olub. O, uşaqlıqdan pul qazanıb. Ev alınıb, Xırdalandadır, sadəcə təmir olunmayıb, indi ona hazırlaşırıq”.

Həmin görüntüləri təqdim edirik:

Əsmətxanım RZAZADƏ




Oxşar Xəbərlər

Xəbər lenti