Fransadan Türkiyəyə güc nümayişi - Menbiçə 4 təyyarədə hərbçilər göndərildi

 

Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib.

Trend-in məlumatına görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib.

Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.

Qeyd edək ki, hələ martın 3-da Fransa XİN Parisin Suriyanın şimalında müstəqil hərbi əməliyyatlar planlaşdırmadığını qeyd etmişdi.

Martın 5-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Mənbic rayonunun terrorçulardan təmizləməyə hazır olduğunu bəyan etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti