Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə iki ölkənin əlaqələrinin tarixində əlamətdar gün olaraq yeni səhifə açır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması bunu təsdiq edir.
Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıdıqdan və iki ölkə arasında 23 noyabr 1993-cü ildə diplomatik münasibətlər yarandıqdan sonra inkişaf etməyə başlamışdır. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Belə ki, 18 mart 2004-cü ildə Prezident İlham Əliyevin Slovakiyaya işgüzar səfərindən sonra Slovakiyanın Azərbaycanda, Azərbaycanın Slovakiyada Səfirliyi təsis edilmişdir. Prezident İlham Əliyevin Slovakiyaya səfərindən sonra 13 dekabr 2005-ci ildə Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.
Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini bildirib. İki dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bəyan edən dövlət başçısı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın münasibətlərin inkişafına yüksək təkan verəcəyinə diqqət çəkərək müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildiyini bəyan edib. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu və  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş iki ölkənin müdafiə sənayesi sahəsində çox geniş imkanlar yaradacaq. Bu isə çox önəmli məsələdir. Silahlı Qüvvələrini müasir silahlarla təmin etməklə yanaşı Azərbaycan dünya silah bazarında da özünə layiq yer almağa çalışır. Son illər bu istiqamətdə bir çox addımlar atılıb. Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq ölkəmizin imkanlarını daha da artıracaq.
Azərbaycanda qaz hasilatının artır. Bu yeni kəşf olunan yataqlarda istismara başlanması nəticəsində mümkün olmuşdur. Bunun nəticəsində hazırda 8 ölkəyə öz təbii qazını ixrac edən Azərbaycan Slovakiyaya qaz sata bilər. Bu prezpektiv gerçəkləşsə Slovaiya Azərbaycanın qaz satdığı 9-cu ölkə olacaq. Bir öncə imzalanmış “Həmrəylik Halqası” adlı sənəd Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradır. Slovakiyaya qaz satışı Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin ruhuna da uyğundur. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Prezident İlham Əliyev bildirib ki, yaşıl enerji layihələri, külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qaz Avropaya ixracatı artırmağa imkan verəcək. 
Azərbaycanla Slovakiya arasında əməkdaşlıq bunlarla kifayətlənmir. Prezident İlham Əliyev bəyan edib ki, iki ölkə arasında əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. 
Bütün bu əməkdaşlıq isə hər iki ölkənin müstəqil siyasəti aparmasının nəticəsidir və böyük prespektivlər vəd edir.

van Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti