Rusiyadan silah alan ölkələr sanksiyalarla hədələndi –Rəsmi Vaşinqtondan xəbərdarlıq

Rusiyadan silah alan ölkələr sanksiyalarla hədələndi –Rəsmi Vaşinqtondan xəbərdarlıq

 

Amerika Birləşmiş Ştatları digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə, onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə çərşənbə günü Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Franc-Press" məlumat yayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}