ABŞ Azərbaycanı təhdid etdi! – EKSPERTDƏN VAŞİNQTONA CAVAB

ABŞ Azərbaycanı təhdid etdi! – EKSPERTDƏN VAŞİNQTONA CAVAB

 

Elxan Şahinoğlu: "Əgər Amerika bizə silah satacaqsa, buyursun!"

Türkiyə mətbuatı Ağ Evin Azərbaycanın ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin siyahısında olan Rusiya müdafiə şirkətlərindən hərbi texnika almasından məmnun olmadığını və Vaşinqton rəhbərliyi bununla bağlı narahatlığını ifadə etmək üçün Bakıya xəbərdarlıq məktubu göndərdiyi barəsində məlumat yayıb.

Eyni xəbərdarlığın Rusiya ilə hərbi sahədə əməkdaşlıq edən Vyetnam və Hindistana da göndərildiyi bildirilir

Göndərilən xəbərdarlıqlarla bağlı Vaşinqtonun atdığı bu addımı şərh edən ABŞ Xarici Siyasət Şurasının üzvü Steven Blank ABŞ-ın Rusiyanın Cənubi Qafqazda nüfuzunu azaltmağa çalışdığını söyləyib.

Elxan Şahinoğludan Tehrana MESAJ:

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "A24.az”a açıqlamasında ABŞ-ın Azərbaycanı təhdid etməsinə münasibət bildirib.

"Biz istənilən mümkün ölkədən silah almağa davam edəcəyik” – deyən politoloq Azərbaycanın Rusiyadan hərbi texnika almasından məmnun olmayan və bununla bağlı ABŞ-ın göndərdiyi xəbərdarlıq məktubunun səbəbini belə izah edib:

"Bu xəbərdarlıq ona görə tətbiq olunur ki, Amerikanın Rusiyaya qarşı sanksiyaları sərtləşir. Son qərarda konkret rusiyalı rəsmilərin və oliqarxların adları hallanmışdı ki, kimə qarşı bu sanksiyalar tətbiq olunsun. İndi də Rusiyanın tərəfdaşları hədəf götürülüb. Amma düşünmürəm ki, bu, bizim üçün çox da böyük təhlükə olsun. Bizim torpaqlarımız işğal altındadır. Biz silahlanmalıyıq ki, işğaldan qurtulaq. Əgər Amerika bizə silah satacaqsa, buyursun! Amma məsələ burasındadır ki, Amerika bizə silah satmır. Necə olacaq? Biz Rusiyadan silah almayacağıq, Rusiya isə Ermənistanı pulsuz silahlandıracaq?! Bəs, görəsən, Amerikada bunu düşünmürlər? Ona görə də Amerikanın Rusiya ilə silah alış-verişi edən dövlətləri hədəf götürməsi bu dövlətlərlə münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Burda təkcə Azərbaycanın deyil, Türkiyə, Hindistan, Vyetnam və onlarla ölkə var ki, Rusiya hərbi sənaye kompleksi onlara silah satır. Hamısına qarşı sanksiya tətbiq edəcək? Bu Amerikanın imkanları xaricindədir. Sadəcə belə bir məktubla müraciət edirlər ki, guya həmin dövlətlər ehtiyatlı olsunlar. Amma biz istənilən mümkün ölkədən silah almağa davam edəcəyik. Çünki torpaqlarımız işğal altındadır. Əgər Amerika Rusiyanın Cənubi Qafqazda rolunun artmasından bu qədər narahatdırsa, münaqişənin həllində aktiv olsun, amma aktiv də deyil axı. Bütün təşəbbüs Rusiyanın əlindədir. Bu amil də var ortada.

Qeyd edim ki, Azərbaycan təkcə Rusiyadan deyil, İsraildən, Türkiyədən, Cənubi Afrika Respublikasından, Pakistan kimi bir çox ölkədən silah alır. Hərbi sənaye komplekslərimizi modernləşdiririk, bu da bizim haqqımızdır. Və Ammerikanın kəşfiyyat hesabatında da bu var ki, Azərbaycan öz hərbi sənaye kompleksini modernləşdirir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}