AKP SEÇİCİNİ AZƏRBAYCAN QAZI İLƏ OVSUNLAMAQ İSTƏYİR –Prezidentliyə namizədlər bol vəd ver, pul kisəsi isə boşdur - TƏHLİL

AKP SEÇİCİNİ AZƏRBAYCAN QAZI İLƏ OVSUNLAMAQ İSTƏYİR –Prezidentliyə namizədlər bol vəd ver, pul kisəsi isə boşdur - TƏHLİL

 

Mehmet Çetingulec

"Əl-Monitor”

 

İyunun 24-də keçiriləcək prezident və parlament seçkilərinə qədər türk siyasətçilərinin seçicilərə verdikləri vədlər hərraca bənzəyir.

İqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) kampaniyaya 24 milyard lirəlik (5,6 milyard dollar) təşviq paketi ilə başlayıb ki, bu da demək olar ki, birbaşa və ya dolayısı ilə bütün əhaliyə şamil olunacaq. Bundan əlavə, hökumət 2018-ci ildə müxtəlif sosial müavinətlər üzrə 38 milyard lirə xərcləməyi planlaşdırır.

Müxalifət partiyaları bu cür xərclərə etiraz edib, yardımın əsas benefisiarları olan milyonlarla seçicinin, əsasən təqaüdçülərin və yoxsulların onlardan uzaqlaşacağından qorxurlar. Lakin ödəmələrə etiraz etmədən belə, müxalifət də öz səxavətli vədlərini açıqlayır.

Hökumətin təqaüdçülərə bu il 2 min lirəlik iki bonus verməsi planını şərh edən ana müxalifət partiyası (CHP) rəhbəri Kamal Kılıçdaroğlu bu ayın əvvəlində "təqaüdçülərin daha çox müavinətə layiq olduğunu” söyləyib. CHP aylıq bonusları minimum əmək haqqı ilə bərabər (1,604 lirə) artırmağı təklif edib. CHP-li millət vəkili Tuncay Özkan "Twitter”-lə AKP-li millət vəkillərinin bu təklifi rədd etdiyini bildirib.

"Cümhuriyyət”çilər yeni təkliflərini mayın 24-də açıqlamağı planlaşdırır. Parlament dəhlizlərində edilən müzakirələrdə partiyanın aylıq minimum əmək haqqını 2000 lirədən də yüksək həddə artırmağı və hər ay təqaüdçülərə aylıq minimum əmək haqqı ilə bərabər iki bonus verəcəyi danışılır.

CHP, həmçinin mövcud maddi köməyi ehtiyaclı təbəqəyə qida və kömür yardımına çevirmək istəyir. Partiyanın seçki bəyannaməsində fermerlər üçün dizel subsidiyaları və pulsuz təhsil kimi digər iki vəd var.

Prezidentlik yarışında CHP-nin namizədi Məhərrəm İnce prezidentliyin hazırkı xərclərini azaltmaqla, gənclərə iki dəfə illik 500 lirə təqaüd söz verib. O, həmçinin ölkədə elmi tərəqqini təşviq etmək üçün xaricdəki nüfuzlu müəssisələrdə təhsil alan 10 min tələbəyə illik təqaüd verəcəyini vəd edib.

"İyi Parti” sədri və prezidentliyə namizəd olan Meral Aksener istehlakçı kreditləri və kredit kartı borclarını ödəmək üçün mübarizə aparan 4,5 milyon nəfərə əhatəli borc ödəmə sxemini açıqlayıb. İşsizlər, təqaüdçülər, vəzifəsini yerinə yetirərkən əlil olmuş, yaralanan və s. şəxslər də bundan faydalana biləcək. O, həmçinin fermerlərə litrinin cari qiyməti 5.06 lirə olan dizelin 1 1,5 lirə satmağı vəd edib.

Mayın 12-də Rəcəb Tayyip Ərdoğanın müttəfiqi, Milliyyətçi Hərəkət Partiyasının (MHP) rəhbəri Dövlət Bahçeli məhbuslar (zorakıçılar, qadın qatilləri, kürd separatçıları, Fəthullah Gülənin ardıcılları istisna olmaqla) geniş amnistiya ideyasını ortaya atıb. "Habertürk”ün məlumatına görə, 165 min məhkum, o cümlədən qətl, qarət və narkotik maddə ticarətinə görə azadlıqdan məhrum olanlar Bahçelinin əfv çağırışına daxil olur.

MHP-nin millətçi ideologiyasına yaxın olduğu bilinən bir neçə cinayət bossuna da bu təkliflə əfv verilməsini istəyir. Hələlik həm Ərdoğan, həm də baş nazir Binali Yıldırım amnistiya məsələsinə soyuq yanaşır.

İyunun əvvəlində təqaüdçülər hökumətin seçkidən bir neçə həftə əvvəl vəd edilən iki bonusdan birincisini alacaqlar. Hökumət, eyni zamanda, gənclərin səslərini almağa hədəflənir: illər ərzində müxtəlif səbəblərə görə ali məktəblərdən qovulmuş 680 min tələbə universitetlərinə qayıdır. Bundan əlavə, hökumət 300 min tələbənin ödənişi gecikmiş yüksək təhsil kreditlərini silir.

Səhiyyə Nazirliyi isə 27 min nəfərə iş yerləri açır.

Vəd və təşviqlərin genişliyi göstərir ki, həm hökumət, həm də müxalifəti gərgin rəqabət gözləyir. Beləliklə, miqyaslı olan istənilən kart işə salınır.

Mayın 7-də baş nazir Yıdırım daşınmaz əmlak sektorunda satışları canlandırmaq üçün bir kampaniya elan edib. Kampaniya çərçivəsində dövlət bankları (Ziraat, VakifBank və Halkbank), həmçinin özəl "Sekerbank” aylıq faiz dərəcələrini (1,23% və 1,35% arasında) 0,98 nisbətinə azaldıb.

Hökumət, eyni zamanda, böyük bir beynəlxalq layihəni başqa kart kimi istifadə edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya nəql edəcək Trans-Anadolu boru kəmərinin açılış mərasimi iyul ayından iyunun 12-nə keçirilib.

Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan prezidentliyə namizədi Səlahəddin Demirtaş həbsxanada onu ziyarət edən vəkillərinin köməyi ilə "Twitter” vasitəsilə seçiciləri ilə ünsiyyət qurub. Onun sözlərinə görə, tələbə gənclərə 600 lirə, pensiya hüququ olmayan təxminən 1 milyon yaşlı insana ən azı 3 min lirəlik aylıq təqaüd və 1000 lirə aylıq yardım nəzərdə tutur.

Siyasi rəqiblər xərcləmə cəbhəsində rəqabət apararkən, layihələrini necə maliyyələşdirəcəklərini izah etməyə həvəssizdirlər. Səxavətli vədlər ölkədə ciddi iqtisadiyyatını, o cümlədən böyük cari borc, inflyasiyaya, büdcə kəsirləri də daxil olmaqla, məhv edir.

Büdcədən kənarda xərclənən istənilən quruş inflyasiya və faiz dərəcələrini artırır, nəticədə istehlak, xüsusilə də qida məhsullarının qiymətləri artır. Aprel ayında, istehlak inflyasiyası, keçən ilin eyni dövrü ilə müqayisədə, 10,85% nisbətində artarkən, istehsal sahəsində inflyasiya 16,37% olub.

Bu il türk lirəsi dəyərinin 12% -ni itirib və İstanbul birjasının əsas göstəricisi də pisləşib. İki illik istiqrazlar üzrə gəlir 16%-dən çox olub. 12 aylıq cari borc 53,3 milyard dollar səviyyəsindədir. Bu, Türkiyə iqtisadiyyatını qorumaq üçün "isti pullar”ın illik mənbəyidir.

Seçki vədlərinin necə maliyyələşdiriləcəyini açıqlamaq çətindir. Hökumətin 20,4 milyard lirəlik defisiti var.

Qısası, seçki vədləri Türkiyə iqtisadiyyatının reallıqlarından uzaqdır. Seçicilər bunu yaxşı bilirlər. Təqaüdçü Mahmud Quc "Əl-Monitor”a deyib: "Biz seçkidən əvvəl birinci bonusu alacağıq, amma ikincisini alacağımız barədə çox pis fikirdəyəm ".

Qiymət artımı, – çoxları seçkidən sonra məhz bunun baş verəcəyini düşünür.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti