Rabitədə MTN-lə bağlı əməliyyat - Eldar Mahmudovun qohumu "vuruldu"

Rabitədə MTN-lə bağlı əməliyyat - Eldar Mahmudovun qohumu "vuruldu"Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynovun həbs olunması haqda xəbər vermişdik.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün nazir Əli Abbasovun əmriylə B. Hüseynov vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifə pillələrində sürətlə yüksələn Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.



Mia.az-ın əldə etdiyi digər məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Eldar Mahmudova bağlı olan digər vəzifəli şəxslərlə bağlı gərgin durum var. Məsələn, nazirliyin hərbiləşdirilmiş mühafizə idarəsinin rəis müavini uzun illər xəstəliyi səbəbindən işə çıxmasa da, o, hələ ki vəzifə başındadır: "Yəqin ki, onunla yanaşı, Beytulla Hüseynovun vəzifələrə çəkdiyi şəxslərin çoxu postlarını itirəcək".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}