4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Türkiyənin İzmir şəhərinin Foça və Dikili qəsəbələrində qanunsuz yollarla Yunanıstana keçməyə hazırlaşan 183 nəfər saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları Yenifoça Harabeler ərazisində bir qrup əcnəbini saxlayıb. Yoxlama zamanı 19-u İraq, 3-ü Suriya vətəndaşı olmaqla 22 nəfərin ölkə sərhədini keçməyə cəhd ediyi ortaya çıxıb.
Araşdırma zamanı qaçaq yollarla ölkədən çıxışı təşkil edən 30 yaşlı Azərbaycan vətəndaşı Q.G. olduğu müəyyənləşib və o saxlanılıb.
Polis tərəfindən ədliyyəyə təslim edilən şübhəli elə məhkəmədəcə həbs olunub.
Dikili qəsəbəsinin Dənizköy, Kabakum, Bademli məhəllələrində də 161 şəxs ölkə sərhəddini qeyri-qanuni yollarla keçməkl istəyərəkən saxlanılıb. Onlardan 145-i Suriya, 6-sı Yəmən və 10-nun İraq vətəndaşı olduğu aydınlaşıb. Həmin şəxslər vilayətin Miqrasiya İdarəsinə təslim ediliblər.